Şerbruk Universiteti — Kanadanın Kvebek əyalətində üç ayrı kampusu olan universitet. Universitet Şerbruk şəhərinin, Estrie bölgəsində yerləşir.
Şerbruk Universiteti | |
---|---|
Université de Sherbrooke | |
45°22′46″ şm. e. 71°55′40″ q. u. | |
Əsası qoyulub | 1954 |
Ölkə | |
Sayt | usherbrooke.ca |
Vikianbarda əlaqəli mediafayllar |
2022-ci ilin göstəricilərinə görə, universitetdə 31.000 tələbə təhsil alir və əlavə olaraq 3.000 yetkin (yaş 50+) insanlar "Üçüncü Əsrin Universiteti"ndə təhsilini davam etdirir.[1] Universitet 46 bakalavr, 48 magistr və 27 doktorantura proqramları təklif edir. Ümumilikdə 61 tədqiqat kafedrasına malikdir.
Burada 4000-ə yaxın pedaqoji heyət işləyir.[2]
Şerbruk Universiteti 1954-cü ildə əsasən ingilisdilli bölgədə fransızdilli katolik universiteti kimi yaradılmışdır. 100 ildən artıq bu bölgədə yeganə universitet ingilis mərkəzli Anglikan Bişop Universiteti olmuşdur. Roma Katolik Kilsəsi bu universiteti o zaman azlıq təşkil edən katoliklərə və bölgədəki fransızlara daha yaxşı təhsil vermək məqsədi ilə yaratmışdır. Əvvəllər tədris fəaliyyətində xristian dininə çox diqqət yetirilirdi, lakin 1960-cı illərin sonunda, "Sakit İnqilab" zamanı universitetdə çalışan keşişlərin sayı xeyli azaldı.
1975-ci ildə mülki adamın rektor təyin edilməsi universitetdə dini fəaliyyətə son qoydu.
Universitetin herbi, bayrağı və nişanı 15 yanvar 2004-cü ildə Kanada Heraldik Təşkilatında qeydə alınmışdır.[3]
Universitetin şüarı Veritatem in Charitate — Xeyriyyə vasitəsilə həqiqətdir.
Şerbruk Universiteti aşağıdakı fakültələrdən ibarətdir:
Əsas Şerbruk kampusuna daxildir:
Şerbruk Tibb kampusuna daxildir:
Longueuil şəhərciyi 1989-cu ildə yaradılıb. Bu gün universitetin doqquz fakültəsinin səkkizində, əsasən magistratura səviyyəsində 90-dan çox təhsil proqramı təklif edilir.
Longueuil şəhərciyi, Montérégie bölgəsində yerləşən regional və universitet mərkəzi olan Çarlz LeMoyne Xəstəxanası ilə əməkdaşlıqda həyata keçirilən digər şöbələrin tətbiqi tədqiqat layihələrinə ev sahibliyi edir.
Şerbruk Universiteti müxtəlif bakalavr, magistr, doktorantura və postdoktorantura proqramları, həmçinin müxtəlif sertifikatlar və mikroproqramlar təklif edir.
Mühəndislik fakültəsi aşağıdakı ixtisaslar üzrə kurslar təklif edir: