Şeyx Übeydulla üsyanı

Şeyx Übeydulla üsyanıkürdlərin 1879-cu ildə Osmanlı imperiyasına və 1880–1881-ci illərdə Qacar dövlətinə qarşı üsyanı. Hər iki üsyana qızı Fatimə vasitəsilə Məhəmmədin nəslindən olduğunu iddia edən Səmdinan nəqşibəndi ailəsinin başçısı Şeyx Übeydulla rəhbərlik edirdi.[1] Beləliklə, ailə əhəmiyyətli təsirə malik idi, külli miqdarda ianələrə tabe idi,[2] regionda bir neçə kəndə sahib idi[1] və bir çox kürd qəbilə başçıları onun dindar tərəfdarları idi.[3] Üsyanların ilkin səbəbi 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsinin nəticələri və Berlin müqaviləsi. Bu müqavilə xristian ermənilərnestorianlara əhəmiyyətli hüquqlar və muxtariyyətlər verirdi, lakin Şeyx Übeydulla bununla razılaşmamışdır.[4]

Şeyx Übeydulla üsyanı

Osmanlı imperiyasında

[redaktə | mənbəni redaktə et]

Osmanlı imperiyasına qarşı ilk üsyan ehtimalı 1879-cu ildə herki tayfasının Yüksəkova kaymakamı ilə mübahisəsi zamanı verilmişdi. Şeyx Übeydulla Osmanlı imperiyasına qarşı üsyana dəstək və qoşun toplamaq üçün bir neçə kürd başçısına elçilər göndərmişdi. O, oğlu Əbdülqədir Übeydullanın başçılıq etdiyi doqquz yüz döyüşçüdən ibarət kiçik bir kontingenti Amadiyəyə qaldırmağı bacarmışdı, lakin üsyandan əvvəl Osmanlılara rəqib kürd rəisləri məlumat vermiş və buna görə də Amadiyəyə qoşun yeridilmişdir.[5] Üsyan uğursuz olmuş və Osmanlı qüvvələri tərəfindən tez bir zamanda yatırılmışdır. Kürd başçıları Şeyx Übeydullanın ümid etdiyi qədər etibarlı deyildilər və basqınlarla öz təsir sahələrini genişləndirməyə üstünlük verirdilər. Bundan sonra Şeyx Übeydulla da fikrini dəyişdi və Osmanlı sultanı II Əbdülhəmidə sədaqət andı vermişdir.[2] Osmanlı hakimiyyəti şeyxin məmnunluğuna yüksək reaksiya vermişdir. Yüksəkova kaymakamını vəzifəsindən azad edilmiş və Şeyx Übeydulla yerli Osmanlı rəsmiləri ilə razılığa gəlməyə təşviq edilmişdir.[5]

Qacar dövlətində

[redaktə | mənbəni redaktə et]

Übeydulla Qacar dövlətinə qarşı üsyana hazırlaşan zaman Osmanlının dəstəyinə arxalanırdı. Şeyx Übeydullanın qoşunları hələ də rRusiya–Osmanlı müharibəsi zamanı Osmanlıdan aldıqları silahlara sahib idilər.[6] Bir müddət xristian aysorlar üsyanı dəstəklədilər, çünki bu, onları kürd quldurlarının basqınlarından qorumaq üçün bir vasitə kimi təqdim edilmişdi.[4] 1880-ci ilin sentyabrında Übeydulla Cozef Koxrana məktub yazaraq Qacar dövlətinin kürd tayfalarına təzyiq göstərdiyini izah etmişdir.[7] 1880-ci ilin avqustunda 220-yə yaxın kürd başçısının toplantısından sonra üsyan qərarı verilmişdir.[8] Şeyx Übeydullanın qüvvələri yaxşı təchiz edilmişdi. Onlar çoxlu miqdarda "Martini" tüfənglərinə sahib idilər.[9]

80,000 nəfər döyüşçü Qacar dövlətinə qarşı üsyana qalxmışdır və üsyan ilkin mərhələlərdə uğurlu olmuşdur.[8] Übeydullanın qoşunları üç ayrı qüvvəyə yerləşdirilmişdi ki, onlardan ilk ikisinə oğulları başçılıq edirdi. Məhabada gedən ilk qüvvəyə Əbdülqədər Übeydulla, Marağaya gedən ikinci qüvvəyə Sıddıq Übeydulla və 5,000 nəfərlik üçüncü qüvvəyə onun qaynı Şeyx Məhəmməd Səid rəhbərlik edirdi.[9] İran əsgərləri tezliklə Məhabad və Marağanı işğal edən üsyançılar kimi yaxşı təchiz olunmamışdı.[10] Təbrizin tutulması uğursuzluqla nəticələnmişdi, buna görə də üsyançılar bunun əvəzinə ələ keçirilən əraziləri qarət etmişdilər.[8] Qiyamın ilk iki həftəsində Şeyx Übeydulla döyüşlərdə vuruşmuş və Urmiyanı ələ keçirməyə cəhd etmişdir. Şəhərin şiə əhalisi sünni üsyançılarına təslim olmaqdan imtina etmiş və üsyançılar uğursuz olmuşdur.[11]

Əbdülqədir Übeydulla və ordusu Təbrizdən gələn Qacar qüvvələrinə görə bir neçə gün tutduqları Məhabada geri çəkilmişdir.[12] Səkkiz həftədən sonra kürd üsyançıları geri çəkilmiş və Şeyx Übeydulla Nehriyə qayıtmışdır.[13] Nəhayət, ÜbeydullahOsmanlıdan diplomatik dəstək istəmək üçün Konstantinopola getmişdir. Onun səfərindən sonra Osmanlılar Qacarlarla münaqişənin həlli ilə bağlı geniş danışıqlara başlamışdılar. 1879-cu ildə onlara qarşı üsyana qalxmasına baxmayaraq, Osmanlılar gələcəkdə Qacarlara qarşı baş verəcək müharibədə Şeyx Übeydullanın qoşunlarından yardım almaq imkanını əldən vermək istəmədilər. Həm Osmanlılar, həm də Qacarlar Übeydullanın üsyanları nəticəsində verdikləri itkilərə görə qarşı tərəfdən təzminat tələb edirdilər.[8]

1882-ci ilin avqustunda Şeyx Übeydulla kürdlərin müstəqilliyi üçün danışıqlar aparmaq ümidini itirdi və Konstantinopolu tərk edərək Nehriyə qayıtmışdır. Osmanlı hakimiyyəti 1882-ci ilin oktyabrında[8] Avropa dövlətlərinin təzyiqi nəticəsində Übeydullanın xristian nestorianlara rəftarına görə Şeyx Übeydullanın həbsinə əmr vermişdir.[14] Tutulduqdan sonra Konstantinopola gətirilmiş və sonra Hicaza sürgün edilmişdir.[15]

  1. 1 2 Özoğlu, Hakan. Kurdish Notables and the Ottoman State: Evolving Identities, Competing Loyalties, and Shifting Boundaries (ingilis). SUNY Press. 2004-02-12. 73. ISBN 978-0-7914-5993-5.
  2. 1 2 Behrendt, Günter. Nationalismus in Kurdistan: Vorgeschichte, Entstehungsbedingungen und erste Manifestationen bis 1925 (alman). Deutsches Orient-Institut. 1993. 215. ISBN 978-3-89173-029-4.
  3. Olson, Robert W. The emergence of Kurdish nationalism and the Sheikh Said Rebellion, 1880-1925. University of Texas Press. 1989. 3. ISBN 978-0-292-77619-7.
  4. 1 2 Özoğlu, Hakan (2004), p.74
  5. 1 2 Jwaideh, Wadie. The Kurdish National Movement: Its Origins and Development (ingilis). Syracuse University Press. 2006. 89. ISBN 978-0-8156-3093-7.
  6. Olson, Robert W. (1989), p.6
  7. Jwaideh, Wadie (2006). p.91
  8. 1 2 3 4 5 Chaliand, Gérard. Les Kurdes et le Kurdistan (fransız). La Découverte (réédition numérique FeniXX). 1981-01-01. 50–52. ISBN 2707110132.
  9. 1 2 Jwaideh, Wadie (2006). p.92
  10. Behrendt, Günter (1993), p.221
  11. Behrendt, Günter (1993), pp.222–223
  12. Behrendt, Günter (1993), p.223
  13. Behrendt, Günter (1993), p.222
  14. Olson, Robert W. (1989), p.7
  15. Özoğlu, Hakan (2004), p.75

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  •  Ateş, Sabri. "In the Name of the Caliph and the Nation: The Sheikh Ubeidullah Rebellion of 1880–81". Iranian Studies. 47 (5). 2014: 735–798. doi:10.1080/00210862.2014.934151.