Berlin müqaviləsi — Osmanlı İmperiyası, Rusiya İmperiyası, Böyük Britaniya, Alman İmperiyası, Avstriya-Macarıstan İmperiyası, İtaliya krallığı və Fransa arasında 13 iyul 1878-ci ildı Berlində imzalanan sülh müqaviləsidir.[3]
Berlin müqaviləsi | |
---|---|
Berlin sülh müqaviləsi | |
İmzalanma tarixi | 13 iyul 1878[1][2] |
İmzalanma yeri | |
Möhürlənməsi | 13 iyul, 1878 |
Qüvvəyə minməsi | 13 iyul, 1878 |
Tərəflər | Rusiya imperiyası və Osmanlı İmperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
1877-1878-ci il müharibəsinin ardından Osmanlı ilə Rusiya arasında, 3 mart 1878-ci ildə San-Stefano sülh müqaviləsi imzalandı. Bu müqavilənin şərtləri Osmanlı baxımından son dərəcə ağır idi və Rusiyanı Balkan yarımadasında tək böyük güc edirdi. Bu vəziyyət başda Böyük Britaniya olmaqla Avropanın digər iri dövlətlərini qane etmirdi.
Avropa dövlətlərindən gələn təzyiqlər nəticəsində onlarla müharibəyə hazır olmayan Rusiya müqavilənin şərtlərinə yenidən baxılmasına razılıq verdi.
1878-ci il, 13 iyunda Almaniya kansleri Otto fon Bismarkın başçılığı altında Berlində, Osmanlı, Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya-Macarıstan və İtaliyanın iştirakə ilə bir konqres toplandı. Osmanlı imperiyasının nümayəndəsi olaraq Karatodori Paşa, Müşir Mehmed Əli Paşa və Berlin səfiri Sədullah bəy göndərilmişdir. Digər dövlətləri də baş nazirləri və xarici işləri təmsil edirdi.
Müqavilənin əsas nəticələri belə qruplandırılır:
Osmanlı imperiyası özünə tabe olan Serbiya, Bolqarıstan, Ruminiya və Çernoqoriyanın krallıq olmalarını qəbul etdi. Şərqi Rumeli vilayəti qurulmuş və Osmanlı imperiyasına bağlı ancaq müxtəlif imtiyazlara sahib olmuşdur. Torpaq paylaşımı isə aşağıdakı kimi olmuşdur:
Bundan başqa konqres dövründə Fransanın etdiyi pərdəarxası işlər nəticəsində. müqavilədə olmadığı halda 3 il sonra Tunis fransızlar tərəfindən işğal edilmiş, əsas kimi də Berlin müqaviləsi göstərilmişdir.
Krit, Şərqi Bəyazit və Alaşkert bölgələri Osmanlıya buraxıldı.[4]
Osmanlı imperiyası, Vilayət-i Sittə adlanan Şərqi Anadoludakı bölgələrdə ermənilər lehinə islahatlar edəcəkdi. Ancaq qanunlara görə ermənilərin sayları bəs etmədiyi üçün ayrıca bəylik qura bilmədilər. Buna bənzər islahatlar Manastr əyalətində də reallaşdırılmalı idi ( Bu iki maddə heç vaxt həyata keçirilmədi).