Kruzenştern boğazı — Sakit okeanına daxil olan Raykoke adasını Şiaşkotan adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Kuril adaları arası boğazlara nisbətən enlidir. Uzunluğu 15 km, ən dar eni isə 74 km təşkil edir[1]. Dərinliyi 1764 m-ə çatır. Sahilində sıldırımlı və qayalıdır. Boğazın duzluluğu 32,5-34,2 ‰ təşkil edir. Boğazın sahəsi 40,84 km²-dir. Mərkəzi hissədə Lavuşki qayalıqları vardır. Cənub hissədə isə Qolovnin boğazı ilə birləşir. Boğaz səyyah İvan Kruzenşternin şərəfinə adlandırılmışdır. O boğazı keçərkən Nadejda gəmisi 1805-ci ilin mayında Lovuşki qayalıqlarına çırpılır, ancaq batmaqdan qurtula bilir[2]. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.
Kruzenştern boğazı | |
---|---|
Ümumi məlumatlar | |
Eni | minimum 74 km |
Uzunluğu | 15 km |
Ən böyük dərinliyi | 1764 m |
Yerləşməsi | |
48°23′37″ şm. e. 153°33′41″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Raykoke adasını Şiaşkotan adasından |
|