Şimal-Qərbi İndiana müharibəsi

Şimal-Qərbi İndiana müharibəsi (bəzən Kiçik Tısbağa müharibəsi də adlandırılır , 1785-1795) — ABŞQərbi Hindu Konfederasiyası arasında Ohayo çayından şimal-qərbdə yerləşən ərazilər uğrunda baş vermiş müharibə. Hələ ABŞ İstiqlal müharibəsindən sonra Paris sülh müqaviləsinin şərtlərinə görə bu ərazilər ABŞ-yə verilir. Ancaq Ohayo çayı sahilində yerləşən bir çox limanlar hələ də britaniyalıların əlində qalırdı. ABŞ ordusu bölgəyə göndərilsə də, hindu qəbilələri ilə toqquşmalı olur. Bir çox ardıcıl ağır məğlubiyyətlərdən sonra 1783-ci ildə Entoni Ueynə yeni ordu yaradılması həvalə edilir. Yeni Birləşmiş Ştatlar legionu 1794-ci ildə Follen Timbers döyüşündə hindulara qalib gəlir. Bu məğlubiyyətdən sonra Qrinvill anlaşması imzalanır. Bununla da ABŞ ərazidə yeni koloniyalar salmaq hüququ qazanır.

Şimal-Qərbi Hindu müharibəsi
Qrinvill anlaşmasının imzalanması
Tarix 1785-1795
Yeri Köhnə Şimal-Qərb ərazisi
Nəticəsi ABŞ-nin qalibiyyəti. Qrinvill anlaşması
Münaqişə tərəfləri

ABŞABŞ

Qərbi Hindu Konfederasiyası
Böyük BritaniyaBöyük Britaniya

Komandan(lar)

Entoni Ueyn, Xarmar, Artur Sent-Kler

Kiçik Tısğba, Göy Gödəkcə

Tərəflərin qüvvəsi

4000

2000

İtkilər

1221 ölü,458 yaralı

1000+ ölü

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ istiqlal müharibəsi dövründə hindular

[redaktə | mənbəni redaktə et]
Şimal-Qərb ərazilərinin xəritəsi

ABŞ istiqlal müharibəsi dövründə Ohayo ştatı ərazisində yaşayan 6 qəbilədən dördü (irokez birliyi) Britaniyanı dəstəkləyir və müharibəyə qoşulur. Əsasən Saratoqa döyüşündə fəal iştirak edirlər. Nyu-York və Pensilvaniya ştatları ərazisinə hücumlar təşkil edərək amerikalılara zərbə vurdu. Gözlənilməz hücumlar sonunda Corc Vaşinqtonu hindulara qarşı vuruşmağa vadar edir. Bu ərəfədə isə Britaniya ordusu cənubda bir-birinin ardınca liman şəhərlərini ələ keçirir. 1779-ci ildə 5000-lik ordu başda Con Salivan olmaqla Hyustonda irokezləri məğlub edir. Nyu-York ştatıKanada sərhədi yaxınlığında bir çox hindu qəbilələrindən ibarət məskənlər dağıdılır. İrokezlər geri çəkilərək Niaqara limanında mövqe tutan ingilislərə sığınırlar. 1783-ci ildə imzalanan Paris sülh anlaşmasına görə ingilislər Ohayo bölgəsini ABŞ-yə verməli olur. Bundan sonra irokezlər daha geri qayıda bilmirlər.

Kentukkidə isə vəziyyət fərqli idi. Belə ki, Kanada sərhədi yaxınlığında yerləşən bir çox limanlar hələ də ingilislərin nəzarətində idi. Hindular bu ərazilərin ABŞ-yə məxsusluğunu qəbul etmirdilər. Mayami qəbiləsinin başçısı Kiçik Tısbağa bu anlaşmanı tanımayaraq amerikalılara qarşı mübarizəyə başlayır. Onlara britaniyalılar silah-sursat baxımından yardım edirdilər. ABŞ müharibədən sonra ağır iqtisadı zərbə alır. Konqres bu iqtisadi çətinliyi aradan qaldırmağı yeni ərazilər ələ keçirərək, bölgədə yeni kolonistləri əraziyə cəlb etmək və onlardan gələn gəlirlərə iqtisadi dağıntıları aradan qaldırmaq istəyirdi. Ancaq hindular buna imkan vermir və toqquşmalara gətirib çıxarırdı (1785-1787).

Hindu Konfederasiyası

[redaktə | mənbəni redaktə et]

1785-ci ildə Detroyt limanında ingilisllərin dəstəyi sayəsində bir çox qəbilələrin birliyi olan Qərbi Hindu Konfederasiyası yaradılır. Bu birliyə quronov, potava, tomi, delavar, mayami, kikap və ceroki qəbilələri daxil idi. Çakto və Çikaso qəbilələri isə ABŞ-ni dəstəkləyirdilər.

Müharibənin gedişi

[redaktə | mənbəni redaktə et]
Kiçik Tısbağa

1786-cı ildə Loqan şaunilərin bir necə kənd qəbilələrini məhv edir. Bu ərəfədə şaunilərin kişiləri Kentukkiyə getmişdilər. Bu tip reydlər zamanı 1780-ci illərdə 1500 hindli öldürülür. 1790-ci ildə prezident Corc Vaşinqton və Müharibə Naziri Henri Noks Harmar kampaniyasına, Şaun və Mayami ölkələrinə iri qərb hücumunun başlaması üçün general Josiah Harmara əmr etdilər. 1790-cı ilin oktyabr ayında 1453 nəfərlik ordu general Harmarın başçılığı altında indiki Fort Wayne,İndiana ərazisinin yaxınlığında toplandılar.Lakin, general Harmar 1100 döyüşçüdən ibarət yerli əhaliyə hücüm üçün ordudan 400 nəfərini polkovnik John Hardinin ixtiyarına verdi. Döyüşün əsnasında dezavanatajla qarşılaşan polkovnik Hardin məğlubiyyətə məruz qalır.O, ən azı 129 əsgərini itirir.

Döyüşdə onlar 129 itki verərək geri qayıtmalı olurlar. 1791-ci ildə Kiçik Tısbağa, Tekumse və digər hərbi liderlər 2000-lik ordu ilə Fort-Eynə hücum edərək 920 əsgərdən 632 yerindəcə öldürülür. Bəziləri yaralanır və ya əsir götürülür.1792-ci ildə Vasinqton sülh bağlamaq məqsədi ilə hinduların yanına ekisarları göndərir amma hindular onları öldürür. Bundan sonra orduya rəhbər Entoni Ueyn təyin edilir. Onun başçılığı ilə 1793-ci ildə Amerika legionu yaradılır. Sent-Kler düşərgəsində Pekover limanı tikilir. Kiçik Tısbağa düşərgəyə dəfələrlə hücum etsədə bir nəticə vermir. 1794-ci ildə Tollen Timbers döyüşündə ABŞ qalib gəlir. Hindular müdafiə üçün inglislərin Mayami limanına girmək istəsələr də buna icazə verilmir.

1795-ci ildə Ueynlə hindu qəbilə başçıları ilə Qrinvill anlaşması imzalayırlar. Şərtlərinə gözə Şimal Qərb əraziləri ABŞ-nin nəzarətinə keçir. Üstəlik əsir amerikalıları qaytarana qədər bir necə hərbi sərkərdə girov olaraq ABŞ-yə verilir. Elə həmin ildə ABŞ ilə Britaniya arasında Çey müqaviləsi imzalanır. Bu müqaviləyə görə britanılalılar limanları tərk etməyi üzərinə götürür. ABŞ hökuməti isə Vest Hind şirkətinin amerikada ticarətlə məşğul olmasına icazə verir.