Şimali-Qafqaz əmirliyi tüməni

Tümən (osman. تومان‎; ərəb. تومان‎) — 1919-1920-ci illərdə dövriyyəyə buraxılmış Şimali-Qafqaz əmirliyinin pul vahidi.[1] Əskinasların üzərində nominal həm tümənlərdə, həm də rublda göstərilmişdir (1 tümən = 10 rubl nisbətində idi).

Şimali-Qafqaz əmirliyi tüməni
ərəb. تومان
50 tümən ön hissəsi 25 tümən arxa hissə
50 tümən ön hissəsi25 tümən arxa hissə
Dövriyyə ərazisi
  Şimali-Qafqaz əmirliyi
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 10 tümən
Əsginas 5, 25, 50, 100, 250, 500 və 1000 tümən (1000 tüməndən başqa hamısı dövriyyəyə buraxılmışdır)
Tarixi
Dövriyyə periodu 1919—1920
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1919-cu ilin aprelində Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları Çeçenistanı işğal etdikdən sonra Dağıstanın dini və siyasi lideri Uzun-Hacı Saltinski Rusiya ordusuna qarşı müstəqillik və dini müharibə üçün könüllülərdən ibarət dəstələr toplamağa başladı. Mayın 22-də Dağıstandakı Dağlılar Respublikası hökumətinin fəaliyyətinə xitam verildi. Hacı-Uzun ordusunu toplayaraq Çeçenistan və Dağıstan sərhədindəki dağlara getdi. May ayının sonunda Botlix kəndində böyük bir məclis topladı, burada Qağatlı kəndindən olan Alimin təklifi ilə Səid-Maqomed Uzun-Hacı Dağıstan və Çeçenistan əmiri seçildi. Vedeno dağ kəndi yeni dövlətin faktiki iqamətgahı oldu.[2][3]

1919-cu ilin yayında, çeçen İnaluk Arsanukayev (o həm də Dışninski idi)[4][5] Osmanlı Sultanı VI Mehmed Vahidəddindən Uzun-Hacı üçün fərman gətirdi. Uzun-Hacı Şimali Qafqaz Əmirliyində hərbi və mülki quruluşlar yaratmağa başladı. Əmirlik Azərbaycan Xalq Cümhuriyyəti, Gürcüstan Demokratik Respublikası, Osmanlı imperiyası tərəfindən rəsmən tanınmışdı.

Yeni qurulmuş hökumətin özünü təsdiqləməyə yönəlmiş ilk tədbirlərindən biri də o vaxtkı Terek Respublikasının pulunun ləğvi olunması oldu. Əskinasların buraxılması üçün kifayət qədər imkan və vəsait olmadığına görə, əmir tabe olduğu ərazilərdə Terek Respublikası pullarının üzərinə əmirin “dəftərxanası” tərəfindən vurulmuş möhür ilə dövriyyəyə buraxıldı.[1]

Əmirlik hökuməti 1919-cu ilin sentyabrında ilk banknot buraxılışını Terek Respublikasının 100 rubl nomunalında əskinasları üzərində - ərəb dilində Uzun-Hacı möhürünün əksini qoyaraq həyata keçirdi: (ərəbcə: خادم الفقراء أذن خير) "Kasıbların xidmətçisi Uzun Xeyr".[1]

Əskinasların ikinci buraxılışı 1919-cu il oktyabrın 2-dən noyabrın ortalarına qədər davam etmışdir. Əmirlik banknotlarının 1919-cu ilin dekabrında üçüncü buraxılışı çıxdı.

Banknotlar 5, 25, 50, 100, 250, 500 və 1000 tümən nominalında çap olunurdu. 1000 tümən istisna olmaqla bütün pul nominalları dövriyyəyə buraxılmışdı. Az sayda 500 rublluq banknotlar xüsusi kağız və işarələrlə çap edilmişdi. Pulun əsas hissəsi xüsusi nişan olmadan buraxılmışdı. Banknotlar üzərində yazılar ərəb, fransızrus dillərində idi. Əskinasların hamısının üzərində Əmirliyin gerbi və dağ üzərinə sancılan bayraq təsvir olunmuşdu

Şimali-Qafqaz əmirliyi əskinaslarla yanaşı, kredit istiqrazları da buraxmışdı. Əmirliyin kredit istiqrazlarının da üzərində Əmirliyin gerbi və dağ üzərinə sancılan bayraq təsvir olunmuşdu. Kredit istiqrazlarında ərəb dilində mətnlər yazılmışdı: ön tərəfində - “Şimali Qafqazda bütün möminlərin imamı Hacı-Uzun Xair”, “Maliyyə idarəçisi Əbdül Əzim Abdulla”, arxa tərəfdə - “Digər kağız pullarla birlikdə qüvvədədir. Vedenoda çap edilmişdir. Allahdan hər kəsdən yüksəkdədir. Çap edilməsi hökumətin qanuni icazə verdiyi hallar istisna olmaqla cəzalandırılır."

Bütün əskinaslarda rus və ərəb dilində xəbərdarlıq var idi: "Saxtasının hazırlanması qanunla cəzalandırılır".

Şimali-Qafqaz əmirliyinin əskinasları
Şəkili Dəyəri
(tümən)
Ölçüləri
(mm)
Əsas
rənglər
Təsviri Zaman
Ön tərəfi Arxa tərəfi Üz tərəfində Arxa tərəfində Mühafizə elementləri
5 xüsusi qara-yaşıl əmirliyin gerbi dəniz sahilində qayanın üzərində əmirliyin bayrağı xüsusi 1919—1920
25 xüsusi qara-yaşıl əmirliyin gerbi dənizdən doğan günəş xüsusi
50 xüsusi qara-yaşıl əmirliyin gerbi dənizdən doğan günəş xüsusi
100 xüsusi qara-yaşıl əmirliyin gerbi dəniz sahilində qayanın üzərində əmirliyin bayrağı xüsusi
250 xüsusi qara-yaşıl əmirliyin gerbi dəniz və qaya xüsusi
500 xüsusi qara-yaşıl əmirliyin gerbi ? ?

Əmirlikdə həmçinin kiçik həcmdə olsa da, sikkələr zərb edilmişdir. Bu Rusiya imperiyasının mis sikkələrinin üzərinə ərəb qrafikalı yazı ilə möhür vurulması ilə mümkün olmuşdur.[6][7]

  1. 1 2 3 "ДЕНЬГИ ЭМИРАТА УЗУН-ХАДЖИ". 2016-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-24.
  2. "Газават.ру :: История — Гражданская война — ДЕНЬГИ ЭМИРАТА УЗУН-ХАДЖИ". 2017-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-24.
  3. Нахибашев Махач Закарьяев. Узун-Хаджи Салтинский — общественно-политический и религиозный деятель Дагестана и Чечни [1] Arxivləşdirilib 2017-09-06 at the Wayback Machine
  4. Гилани Турашев Сколько генералов-чеченцев в России? Arxiv surəti 12 dekabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-12-12 at the Wayback Machine
  5. "… İnaluk Arsanukayev Dışninski ... Milliyyətcə çeçen, Çar Rusiyasında kiçik bir kənddə icra məmuru - polis rəisi vəzifəsini icra etmişdir. Gürcü kniginyası Dışninski ilə evləndikdən sonra Dışninski knyaz titulunu almışdır".  — bax. Ростислав Николаев. Дензнаки рисовали на камнях. «Водяной знак» № 6 (38) июнь 2006 Arxivləşdirilib 2020-02-23 at the Wayback Machine
  6. "ДЕНЕЖНОЕ ОБРАЩЕНИЕ И ЭМИССИИ СЕВЕРО-КАВКАЗСКОГО ЭМИРАТА В 1919-1920 ГГ Ю.Д. ПАХОМОВ - Иностранные монеты - Центральный Форум Нумизматов СССР". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  7. "Металлические боны Северо-Кавказского Эмирата - Монеты и жетоны России И СССР - Клуб "КоллекционерЪ" Коллекционеры и Кладоискатели Севера". 2020-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]