Şimali Avropa subregionu - Şimali Avropa ölkələrinə Finlandiya, İsveç, Norveç, Danimarka və İslandiya daxil edilir. Ümumi sahəsi 1,3 mln km², əhalisi isə 24,5 mln nəfərdir.
Şimali Avropa məkanı siyasi və iqtisadi coğrafiyası ümumi cəhətlərinə görə digər regionlardan fərqlənir. Ərazi əsasən Skandinaviya yarımadasını tutmaqla yanaşı (sahəsi 800 min kv. km.-dir), Yutlandiya yarımadası (adalarla birlikdə) və İslandiya adası da Şimali Avropaya daxil edilir. Skandinaviya xalqları german qrupuna daxildir. Bu xalqlar e.ə. IX-XI əsrlərdə "vikinq erası" kimi məşhur olmuşdur. (vikinq-qədim german dilində körfəz deməkdir). Vikinqlər dəniz müharibələrində döyüşkən olmaları ilə fərqlənmişlər. Vikinqlər tərəfindən Xristofor Kolumbdan 5 əsr əvvəl Şimali Amerika sahillərinin öyrənilməsi haqqında məlumatlar mövcuddur.
Şimali Avropa zəngin dəmir filizi yataqları ilə birlikdə, mis, qurğuşun və digər metallar sənaye əhəmiyyətinə malikdir. Son dövrlərdə neft-qaz yataqları istifadəyə verilmişdir. Hidroenerji potensialına görə Norveç və İsveç fərqlənir. Şimali Avropa ölkələri meşə resursları ilə zəngindir.
Şimali Avropa ölkələri yekcins xalqlardan ibarətdir (95%). Şimal qütb zonasında saamilər məskunlaşmışdır. Bu xalqlar Ural dil ailəsinə daxildir. Skandinaviya xalqları əsasən german dil qrupuna daxil edilir.
Şimali Avropa ölkələrin dayanıqlı inkişaf strategiyasında "Skandinaviya inkişaf modeli" əsasında formalaşır. Bu modelin ideya mənbəyini sosial-bazar iqtisadiyyatı təşkil edir. İqtisadi inkişafda dövlətin rolu genişdir, əhalinin sosial müdafiəsi güclüdür. "Skandinaviya modeli"nin dayanıqlı anlayışının əsas xüsusiyyəti dövlətlərin siyasi, iqtisadi-sosial inkişafındakı tarazlıqları özündə birləşdirməsidir. Bu strategiya ölkələrdə kapital yığımını aktivləşdirmiş və cəmiyyətdə balanslaşdırma siyasətinin həyata keçirilməsinə imkanlar yaratmışdır. (XIX əsrdən Skandinaviya ölkələri neytral siyasət yeridirlər). Bu ölkələrdə elmtutumli iqtisadi sahələr, yüksək texnologiyaya əsaslanan ərazi-istehsal kompleklərinin təşkili və idarə edilməsi intellektuallığı ilə fərqlənir.