Şimali Krım kanalı

Şimali Krım kanalı ( ukr. Північно-Кримський канал (ПКК)) — Ukraynanın KrımXerson vilayətinin azsulu və quraq ərazilərini su ilə təmin edən kanal. Kanal 1961-1971-ci illərdə inşa edilmişdir. Kanal öz suyunu Dnepr çayının aşağı axarlarında inşa olunmuş Kaxovka su anbarından götürür. Kanalın su ilə doldurulmasına 1955-ci ildə başlanılmış və 1958-ci ildə yekulaşmışdır. Rusiya Federasiyasının Krımı ilhaq etməsindən sonra, 2014-cü ilin aprelindən Dnepr çayından kanala su verilməsi dayandırımışdır.[1] 2022-cü ilin fevralından, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra kanalın fəaliyyəti yenidən bərpa olunmuşdur.[2] 24 mart 2022-ci ildə kanal tam olaraq su ilə doldurulmuş,[3] 2022-ci ilin 29 aprelindən isə kanalın suyu artıq Krım ərazisində kənd təsərrüfatı məqsədi üçün istifadə olunurdu.[4]

Şimali Krım kanalı
ukr. Північно-Кримський канал
Giriş Kaxovka su anbarı
Uzunluğu 402,6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lenino qəsəbəsi yaxınlıında susuz Şimali Krım kanalı. 2014, iyun.

2023-cü ilin 6 iyununda Kaxovka bəndinin dağıdılmasından sonra kanala suyun verilməsi dayandırılmışdır.[5]

Xarakteriskası

[redaktə | mənbəni redaktə et]

Kanalın girişində eni 150 metr, dərinlik isə 7 metrdir. Orta illik su sərfi 380 m³/s-dir.[6] Bunun 60—80 m³/s-i Xerson vilayətinində suvarmaya, 300—320 m³/s-i isə Krım ərəzisinə sərf olunur. Kanalın maksimal su sərfi 500 m³/s-dir. Kaxovka su anbarından başlayan kanal Or bərzəxindən keçməklə cənub-şərq istiqamətində uzanaraq Kerç yaxınlığına kimi davam edir. Ümumi uzunluğu 402,6 km olub, Krım yarımadası daxilində uzunluğu 294 km-dir.

Şimali Krım kanalı böyük su ötürmə qabiliyyətinə malik olsa da lahiyədə illik yox, mövsümü fəaliyyəti nəzərdə tutulmuşdur. 2015-ci ilə kimi kanalın doldurulmasına martın sonunda start verilirdi, noyabrda dayandırılırdı. Kanalda suyun başlanğıc nöqtədən son nöqtəyə kimi hərəkəti 33 gün davam edir. Şimali Krım kanalı gəmiçilik üçün yararsızdır.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Russia fears Crimea water shortage as supply drops". BBC News (ingilis). 2014-04-25. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.
  2. "В Крым пошла вода — украинской дамбы больше нет — EADaily, 26 февраля 2022 — Новости экономики, Новости России". web.archive.org. 2022-03-21. Archived from the original on 2022-03-21. İstifadə tarixi: 2024-03-30.
  3. "Днепровская вода полностью наполнила Северо-Крымский канал". Коммерсантъ (rus). 2022-03-28. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.
  4. "Вода из Северо-Крымского канала начала идти на орошение сельхозземель - РИА Новости Крым, 29.04.2022". web.archive.org. 2022-06-08. Archived from the original on 2022-06-08. İstifadə tarixi: 2024-03-30.
  5. "Месяц после взрыва. Как сейчас выглядит Каховская ГЭС". Газета.Ru (rus). 2024-03-30. 2023-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.
  6. 1 2 . А. М. Прохоров. Большая советская энциклопедия. Moskva. 1969–1978.