Şineyd O'Konnor (ing. Sinéad O'Connor), (digər adı - Shuhada' Sadaqat); 8 dekabr 1966[5] – 26 iyul 2023[6][7][…], London[8]) — İrlandiya müğənnisi.
Şineyd O'Konnor | |
---|---|
Sinéad Marie Bernadette O'Connor | |
Ümumi məlumatlar | |
Digər adları | Mother Bernadette Mary, Magda Davitt, Shuhada' Sadaqat |
Doğum adı | Sinéad Marie Bernadette O'Connor[2] |
Doğum tarixi | |
Doğum yeri | Dublin, İrlandiya |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Herne Hill, London, İngiltərə |
Vəfat səbəbi | Ağciyərlərin xroniki obstruktiv xəstəliyi[3], bronxial astma[4], respiratory tract infection[4] |
Uşaqları | 4[1] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnılar müəllifi, musiqiçi |
Fəaliyyət illəri | 1986–2023 |
Janrlar | Alternativ rok, Pop rok, Folk-rok |
Musiqi alətləri | səs, gitara |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | Ensign Records, Chrysalis Records, Vanguard Records, Nettwerk |
sineadoconnor.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şineyd O'Konnor 8 dekabr 1966-cı ildə İrlandiyada doğulub. Ailədə beş uşaqdan üçüncüsü idi. 18 yaşındaykən anasını avtomobil qəzası nəticəsində itirir. Şineyd dörd dəfə evlənib və boşanıb. Onun dörd övladı var idi. 2017-ci ildə O'Konnor qanuni adını Maqda Davittə dəyişdirərək, müsahibəsində bunu "patriarxal qul adlardan azad olmaq" üçün etmişdir. İslamı qəbul edərkən, 2018-ci ilin oktyabrında o, Şühəda adını qəbul edir və bir müddət sonra soyadını Davittdən Sədaqətə dəyişir. 2022-ci ildə, müğənninin 17 yaşlı oğlu Şeyn intihar edir. 26 iyul 2023-cü ildə O'Konnor Cənubi Londondakı mənzilində reaksiyasız vəziyyətdə tapılır və daha sonra onun öldüyü təsdiqlənir.
Karyerası boyunca O'Konnor on studiya albomu buraxıb. Amma əsl məşhurluğu ona 1990-cı ildə çıxan "I Do Not Want What I Haven't Got" adlı albomda yer alan və Prins tərəfindən yazılan "Nothing Compares 2 U" mahnısı gətirir. 1990-cı ilin dekabrında mahnı ilin "Nömrə 1" hiti olaraq Billbord Musiqi Mükafatı alır.