Şirak Beynəlxalq Hava Limanı — (erm. Շիրակ Օդանավակայան) (BMAT: UDSG, BHNA: LWN) — Ermənistan Respublikası Şirak mərzinin mərz mərkəzi Gümrü şəhərindən 5 km məsafədə yerləşən beynəlxalq hava limanı.
Şirak Beynəlxalq Hava Limanı | |
---|---|
40°45′01″ şm. e. 43°51′33″ ş. u.HGYO |
|
IATA: LWN[1] – ICAO: UDSG | |
Məlumat | |
Hava limanı tipi | Mülki |
Ölkə | Ermənistan |
Yeri | Gümrü, Şirak mərzi |
Açılış tarixi | 1961 |
Vikianbarda əlaqəli mediafayllar |
Ermənistanın Rusiyadan aldığı 4 ədəd Su-30 qırıcıları Şirak hava limanında yerləşdiriləcək.[2]
Açılışı 1961-ci ildə olan hava limanı Ermənistanda Zvartnots Beynəlxalq Hava Limanından sonra ikinci ən böyük hava limanıdır.[3] Hava limanının 3 220 metrlik uçuş-enmə zolağı və 2-ci Kateqoriya işıq siqnal sistemi vardır. Mülki aviasiyanın yeganə alternativ aeroportu kimi, o, Zvartnos üçün prioritet alternativ hava limanıdır. "Şirak" Gümrü aeroportu yerli əhəmiyyətli hava limanıdır və Moskva, Rostov-na-Don, Soçi, Yekaterinburq və Krasnodar kimi istiqamətlərə xidmət edir.
Ermənistan müstəqillik qazandıqdan sonra regionda iqtisadiyyatın tənəzzülü və zəlzələnin davamlı nəticələri səbəbindən "Şirak" aeroportuna uçuşlara tələbat məhduddur. Hər iki əsas hava limanının eyni şirkət tərəfindən istismar edilməsinə baxmayaraq, Gümrüdə aviadaşıyıcıları cəlb etmək çətin olacaq, ona görə sərnişinlər üçün daha aşağı gediş tarifləri və ya daha rahat şərtlər təklif edilir. Hazırda Gümrü Aeroportundan ucuz aviadaşıyıcıların çarter uçuşları həyata keçirilir.
"Şirak" Aeroportunda 2007-ci ildə irimiqyaslı işlər görülmüşdür. Naviqasiya avadanlığı təkmilləşdirildi, uçuş-enmə zolağı yenidən quruldu və örtük yeniləndi, yeni enmə və işıq siqnalizasiyası sistemi tətbiq edildi və sərnişin kompleksində əlavə qeydiyyat məntəqəsi yerləşdirildi. Əvvəlki kompleks köhnə idi və eyni zamanda birdən çox təyyarəyə xidmət edə bilmirdi. Bir reysə xidmət zamanı gələn və yola düşən sərnişin axınlarını ayırmaq və ya hava limanında sərnişinlərin bir çox xidmət göstərmək mümkün deyildi. Hal-hazırda hava limanı, B-737, A-320 və Tu-154 tipli təyyarələrə xidmət göstərə bilər. Buna baxmayaraq, uçuş-enmə zolağı dar olduğundan (165 m), aeroport 2-dən çox təyyarə koduna xidmət edə bilmir.