BHNA

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association).

1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur.

IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər.

IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır.

IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar.

Mənzil-qərargahı Monrealda yerləşir.

MDB ölkələrinin bir çox iri avia şirkətləri IATA-nın üzvüdür. MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi, IATA ilə 1994-cü il 5 dekabr tarixli ikitərəfli sazişə əsasən əlaqələr yaratmışdır. Azərbaycan mart 1997-ci ildən etibarən IATA-nın üzvüdür.

IATA, 1919-cu ildə Niderlandın Haaqa şəhərində yaradılmış Beynəlxalq Hava Hərəkəti Assosiasiyasının (International Air Traffic Association) davamçısıdır. İlk əvvəllər IATA-nın işi texniki idi və sonradan o, həmin illərdə Çikaqo konvensiyasına refleksiya verilməsi və onun qəbul edilməsindən sonra beynəlxalq hökumət təşkilatı olaraq fəaliyyətə başlayan ICAO təşkilatına girişi təmin etdi. 1947-ci ildə keçirilən ilk Nəqliyyat Konfransı zamanı IATA-nın etirazsız olaraq 400 qərarı qəbul edildi. Aviasiya növbəti onilliklər boyunca sürətlə böyüdü və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (BHNA-nın) işi lazımi tərzdə genişləndi və 1978-ci ildə qiymət artımının baş verməsi səbəbilə Amerika Birləşmiş Ştatlarının dövlət nəzarətindən kənarlaşdırıldı.

IATA, böhranlar qarşısında strategik proqramların istifadəsi ilə “Aviasiya Sənayesinin Səsi” adı altında öz mövqeyini qorudu. Bütün bu faktiki təsirlərə baxmayaraq, IATA qanunverici hakimiyyət (güclər) olmadan fəaliyyət göstərən ticarət qrupudur.

  • Təhlükəsizlik. Təhlükəsizlik IATA üçün nömrə bir prioritetdir. Təhlükəsizlik üçün əsas vasitə isə IOSA (IATA Əməliyyat Təhlükəsizliyi Auditi) və onun davamçısı böyüdülmüş IOSA-dır. IOSA bir neçə ölkədə dövlət səviyyəsində fəaliyyət göstərir. 2012-ci ildə aviasiya sahəsi özünün ən təhlükəsiz ilini elan etdi və bu ildə hər 5 milyon uçuşa 1 qəza düşürdü. 2014-cü ildə IATA özünün yeni xüsusi panelini yaratdı və bunun sayəsində o, uçuşları real vaxt ərzində izləməni təmin etdi. Lakin bu sistemə cavab olaraq isə 8 Mart 2014-cü ildə Malayziya Hava Yolları Uçuş 370 təyyarəsinin yoxa çıxması hadisəsi baş verdi.
  • Mühafizə. Mühafizə məsələsi 2001-ci il sentyabrın 11-də baş vermiş hücumdan sonra daha da genişləndirildi və müxtəlif ölkələrin razılaşması ilə gələcəkdə sənayedə yeni “Buraxılış Məntəqəsi” anlayışının yaranmasına səbəb oldu. Bu yenilik isə risklərin qiymətləndirilməsinə və sərnişin fərqləndirməsinə (diferensiallaşmasına) əsaslanır.
  • Biznes sadələşdirilməsi. 2004-cü ildə biznes sadələşdirilməsi anlayışı yaradılmışdır. Bu təşəbbüs sərnişin səyahəti üçün bir neçə kritik konsepsiyanı təqdim etmişdir, elektron bilet və bar daxil olmaqla minik talonunun kodlaşdırılması buna daxildir.
  • Xidmətlər.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (BHNA) aviasiya üçün həlledici olan sahələr üzrə konsultasiya və təlim xidmətlərini təmin edir.

Səyahət Agentliyi Akkreditasiyası sadəcə səyahət mütəxəssisləri üçün uyğundur. Tam akkreditasiya (Akkreditasiya - səlahiyyətli orqan vasitəsi ilə konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınması prosedurudur) agentlərə IATA-nın üzvlüyündə olan havayollarının adından bilet satışına icazə verir.

Yük daşınması Agentliyi (Cargo Agency) də eyni proqramdır.

IATA həmçinin Hesabların Tərtibi və Tənzimlənməsi planlarını işə salır və bu hava yolları xərcini idarə edən maliyyə sistemi 300 milyard $-dır.

Və o bir neçə işgüzar intellektual nəşr və xidməti təmin edir.

Təlim, başlanğıc kursdan yüksək idarəetmə kursuna qədər bütünlüklə aviasiya aspektlərini əhatə edir.

Hazırda IATA-nın üzvləri sırasına 119 ölkədən 255 aviasiya şirkəti daxildir. IATA-nın əsas fəaliyyət istiqamətlərini uçuşların təhlükəsizliyi, normativ tələblərin, beynəlxalq rüsumların təyin olunması və treninqlərin keçirilməsi təşkil edir. Assosiasiyanın dünya üzrə 10 institutu var və bu təhsil ocaqlarında hər il minlərlə aviasiya mütəxəssisi yetişir.

Uçuşların təhlükəsizliyi IATA üçün bir nömrəli prioritetdir. Uçuşların təhlükəsizliyinin təmin edilməsində əsas alət IATA Əməliyyat Təhlükəsizliyi Auditi (IATA Operational Safety Audit (IOSA) və onun sonrakı inkişaf etmiş versiyası Enhanced IOSA. Bir sıra ölkələr tərəfindən milli təhlükəsizlik tələbi olaraq IOSA yoxlaması həyata keçirilir. 2012-ci il aviasiya tarixində ən təhlükəsiz il olmuşdur. Qərb istehsalı olan təyyarələrdə aviasiya qəzalarının qlobal reytinqi 0,20 təşkil edib ki, bu da 5 milyon uçuşda 1 aviasiya qəzasına ekvivalentdir.

Yerüstü xidmət üçün analoji İOSA standartı mövcuddur — IATA-nın yerüstü xidmətin təhlükəsizliyi üzrə auditi (IATA Safety Audit for Ground Operations).

İATAnın üzvləri

[redaktə | mənbəni redaktə et]
Aviaşirkət İATA kodu Ölkə
1 Adria Airways JP  Sloveniya
2 Aegean Airlines A3  Yunanıstan
3 Aer Lingus EI  İrlandiya
4 Aero Contractors NG  Nigeriya
5 Aero República P5  Kolumbiya
6 Аэрофлот SU  Rusiya
7 Aerolineas Argentinas AR  Argentina
8 Aerolineas Galapagos  Ekvador
9 AeroMexico AM  Meksika
10 Afriqiyah Airways 8U  Liviya
11 Aigle Azur ZI  Fransa
12 Air Algerie AH  Əlcəzair
13 Air Arabia G9  BƏƏ
14 Air Astana KC  Qazaxıstan
15 Air Austral UU  Avstraliya
16 Air Baltic BT  Latviya
17 Air Botswana BP  Botsvana
18 Air Burkina 2J  Burkina-Faso
19 Air Cairo SM  Misir
20 Air Caledonie TY  Yeni Kaledoniya
21 Air Canada AC  Kanada
22 Air China
中国国际航空公司
CA  ÇXR
23 Air Corsica XK  Fransa
24 Air Europa UX  İspaniya
25 Air France AF  Fransa
26 Air India AI  Hindistan
27 Air Italy IG  İtaliya
28 Air Koryo JS  Şimali Koreya
29 Air Macau NX  Makao
30 Air Madagascar MD  Madaqaskar
31 Air Malta KM  Malta
32 Air Mauritius MK  Mavriki
33 Air Moldova 9U  Moldova
34 Air Namibiyaa SW  Namibiya
35 Air New Zealand NZ  Yeni Zelandiya
36 Air Niugini PX  Papua-Yeni Qvineya
37 Air Nostrum YW  İspaniya
38 Air Serbia JU  Serbiya
39 Air Seychelles HM  Seyşel adaları
40 Air Tahiti VT  Fransa Polineziyası
41 Air Tahiti Nui TN  Fransa Polineziyası
42 Air Transat TS  Kanada
43 AirBridgeCargo RU  Rusiya
44 Aircalin SB  Yeni Kaledoniya
45 Airlink 4Z  Cənubi Afrika Respublikası
46 Alaska Airlines AS  ABŞ
47 Alitalia AZ  İtaliya
48 All Nippon Airways NH  Yaponiya
49 Allied Air 4W  Nigeriya
50 AlMasria Universal Airlines UJ  Misir
51 American Airlines AA  ABŞ
52 Arik Air W3  Nigeriya
53 Arkia Israeli Airlines Ltd IZ  İsrail
54 Asiana Airlines OZ  Cənubi Koreya
55 Atlas Air 5Y  ABŞ
56 Atlas Global KK  Türkiyə
57 Austral AU  Argentina
58 Austrian Airlines OS  Avstriya
59 Avianca AV  Kolumbiya
60 Avianca Brasil О6  Braziliya
61 AZAL J2  Azərbaycan
62 Azul Brazilian Airlines AD  Braziliya
63 Bahamasair UP  Baham adaları
64 Bangkok Airways PG  Tailand
65 Белавиа B2  Belarus
66 BH Air 8H  Bolqarıstan
67 Biman Bangladesh Airlines BG  Banqladeş
68 Binter Canarias NT  İspaniya
69 Blue Air  Rumıniya
70 Blue Panorama BV  İtaliya
71 BMI Regional BM  Böyük Britaniya
72 Boliviana de Aviación OB  Boliviya
73 Braathens Regional Aviation TF  İsveç
74 British Airways BA  Böyük Britaniya
75 Brussels Airlines SN  Belçika
76 Bulgaria Air FB  Bolqarıstan
77 C.A.L. Cargo Airlines 5C  İsrail
78 Camair-Co QC  Kamerun
79 Capital Airlines JD  ÇXR
80 Cargojet Airways Ltd. W8  Kanada
81 Cargolux S.A. CV  Lüksemburq
82 Caribbean Airlines BW  Trinidad və Tobaqo
83 Carpatair V3  Rumıniya
84 Cathay Pacific CX  Honkonq
85 China Airlines CI  ÇXR
86 China Cargo Airlines Ltd. CK  ÇXR
87 China Eastern MU  ÇXR
88 China Postal Airlines CF  ÇXR
89 China Southern Airlines CZ  ÇXR
90 CityJet WX  İrlandiya
91 Comair MN  Cənubi Afrika Respublikası
92 Condor Airlines DE  Almaniya
93 Copa Airlines CM  Panama
94 Corendon Airlines XC  Türkiyə
95 Corsair SS  Fransa
96 Croatia Airlines OU  Xorvatiya
97 Cubana CU  Kuba
98 Czech Airlines OK  Çexiya
99 Delta Air Lines DL  ABŞ
100 DHL Air Ltd. D0  Böyük Britaniya
101 DHL International E.C. ES*  Bəhreyn
102 Днеправиа Z6*  Ukrayna
103 Dragonair KA  Honkonq
104 EgyptAir MS  Misir
105 EL AL LY  İsrail
106 Emirates EK  BƏƏ
107 Ethiopian Airlines ET  Efiopiya
108 Etihad Airways EY  BƏƏ
109 EuroAtlantic Airways YU  Portuqaliya
110 European Air Transport QY  Almaniya
111 Eurowings EW  Almaniya
112 EVA Air BR  ÇXR
113 Federal Express FX  ABŞ
114 Fiji Airways FJ  Fici
115 Finnair AY  Finlandiya
116 Flybe BE  Böyük Britaniya
117 Flydubai FZ  BƏƏ
118 FlyEgypt FT  Misir
119 Freebird Airlines FH  Türkiyə
120 Garuda GA  İndoneziya
121 Georgian Airways A9  Gürcüstan
122 Germania ST  Almaniya
123 Gulf Air GF  Bəhreyn
124 Hahn Air HR*  Almaniya
125 Hainan Airlines HU  ÇXR
126 Hawaiian Airlines HA  ABŞ
127 Hi Fly 5K  Portuqaliya
128 Hong Kong Airlines HX  Honkonq
129 Hong Kong Express Airways UO  Honkonq
130 Iberia IB  İspaniya
131 Icelandair FI  İslandiya
132 Insel Air 7i  Kürasao
133 Interjet 4O  Meksika
134 Iran Air IR  İran
135 Iran Aseman Airlines EP  İran
136 Israir 6H  İsrail
137 Japan Airlines JL  Yaponiya
138 Jazeera Airways J9  Küveyt
139 Jet Airways 9W  Hindistan
140 Jet Lite (India) Limited S2  Hindistan
141 JetBlue B6  ABŞ
142 Jordan Aviation R5  İordaniya
143 Nordavia 5N  Rusiya
144 Juneyao Airlines HO  ÇXR
145 Kenya Airways KQ  Keniya
146 Kish Air Y9  İran
147 KLM KL  Niderland
148 Korean Air KE  Cənubi Koreya
149 Kuwait Airways KU  Küveyt
150 LACSA LR  Kosta-Rika
151 LAM TM  Mozambik
152 Lan Airline LA  Çili
153 Lao Airlines QV  Laos
154 LATAM Airlines Brasil JJ  Braziliya
155 LATAM Argentina 4M  Argentina
156 LATAM Cargo Brasil M3  Braziliya
157 LATAM Cargo Chile UC  Çili
158 LATAM Cargo Mexico М7  Meksika
159 LATAM Colombia  Kolumbiya
160 LATAM Ecuador XL  Ekvador
161 LATAM Paraguay PZ  Paraqvay
162 LATAM Peru LP  Peru
163 LIAT Airlines LI  Antiqua və Barbuda
164 Loong Air GJ  ÇXR
165 LOT Polish Airlines LO  Polşa
166 Lucky Air 8L  ÇXR
167 Lufthansa LH  Almaniya
168 Lufthansa Cargo LH  Almaniya
169 Lufthansa CityLine CL  Almaniya
170 Luxair LG  Lüksemburq
171 Mahan Air W5  İran
172 Malaysia Airlines MH  Malayziya
173 Mandarin Airlines AE  ÇXR
174 Martinair MP  Niderland
175 Mauritania Airlines International L6  Mavritaniya
176 Middle East Airlines ME  Livan
177 MIAT Mongolian Airlines OM  Monqolustan
178 Mistral Air М4  İtaliya
179 Montenegro Airlines YM  Monteneqro
180 Myanmar Airways International 8M  Myanma
181 Nesma Airlines NE  Misir
182 Nextjet 2N  İsveç
183 Nile Air NP  Misir
184 Nippon Cargo Airlines KZ  Yaponiya
185 Nordwind Airlines N4  Rusiya
186 Nouvelair BJ  Tunis
187 Okay Airways BK  ÇXR
188 Olympic Airlines OA  Yunanıstan
189 Oman Air WY  Oman
190 Onur Air 8Q  Türkiyə
191 Overland Airways  Nigeriya
192 Pakistan International Airlines PK  Pakistan
193 Pegasus Airlines PC  Türkiyə
194 PGA-Portugalia Airlines NI  Portuqaliya
195 Philippine Airlines PR  Filippin
196 Precision Air PW  Tanzaniya
197 PrivatAir PV  İsveçrə
198 Qantas QF  Avstraliya
199 Qatar Airways QR  Qətər
200 АО «Авиакомпания «Rusiya» FV  Rusiya
201 Royal Air Maroc AT  Mərakeş
202 Royal Brunei BI  Bruney
203 Royal Jordanian RJ  İordaniya
204 RwandAir WB  Ruanda
205 S7 Airlines S7  Rusiya
206 SAA SA  Cənubi Afrika Respublikası
207 Safair FA*  Cənubi Afrika Respublikası
208 Safi Airways 4Q  Əfqanıstan
209 SAS SK  İsveç
210 SATA Air Acores SP  Portuqaliya
211 SATA International S4  Portuqaliya
212 Saudi Arabian Airlines SV  Səudiyyə Ərəbistanı
213 SBA Airlines S3  Venesuela
214 Shandong Airlines SC  ÇXR
215 Shanghai Airlines FM  ÇXR
216 Shenzhen Airlines ZH  ÇXR
217 SIA SQ  Sinqapur
218 SIA Cargo SQ  Sinqapur
219 Sichuan Airlines 3U  ÇXR
220 Silk Way West Airlines ZP  Azərbaycan
221 Silkair MI  Sinqapur
222 Sky Airline H2  Çili
223 South African Express XZ  Cənubi Afrika Respublikası
224 SriLankan Airlines UL  Şri-Lanka
225 SunExpress XQ*  Türkiyə
226 Surinam Airways PY  Surinam
227 Swiss LX  İsveçrə
228 Syrianair RB  Suriya
229 TAAG Angola Airlines DT  Anqola
230 TACA TA  Salvador
231 TACA Peru T0  Peru
232 TACV Cabo Verde Airlines VR  Kabo-Verde
233 TAME EQ  Ekvador
234 TAP - Air Portugal TP  Portuqaliya
235 TAROM RO  Rumıniya
236 Tassili Airlines SF  Əlcəzair
237 Thai Airways TG  Tailand
238 Thai Lion Air SL  Tailand
239 Tianjin Airlines GS  ÇXR
240 TNT Airways 3V  Belçika
241 TransAsia Airways GE  ÇXR
242 TUIfly X3*  Almaniya
243 Tunis Air TU  Tunis
244 Turkish Airlines TK  Türkiyə
245 T'way Airlines TW  Cənubi Koreya
246 Ukraine International Airlines PS  Ukrayna
247 United Airlines UA  ABŞ
248 UPS Airlines 5X  ABŞ
249 Ural Airlines U6  Rusiya
250 Utair UT  Rusiya
251 Uzbekistan Airways HY  Özbəkistan
252 VietJet Air VJ  Vyetnam
253 Vietnam Airlines VN  Vyetnam
254 Virgin Atlantic VS  Böyük Britaniya
255 Virgin Australia VA  Avstraliya
256 Volaris Y4*  Meksika
257 Волга-Днепр VI*  Rusiya
258 VRG Linhas Aéreas S.A. G3  Braziliya
259 Vueling Airlines VY  İspaniya
260 Wamos Air EB  İspaniya
261 WestJet WS  Kanada
262 White Airways WI  Portuqaliya
263 Wideroe WF  Norveç
264 Xiamen Airlines MF  ÇXR
265 Yemenia IY  Yəmən
266 Somon Air TJ  Tacikistan



Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • iata.org — Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının rəsmi saytı