Şirayşi Kunitomo

Hiraqa Qennay (平賀 源内?, 1728[1][2][…], Şido[d]24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio)Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur.

Hiraqa Qennay
yap. 平賀源内
Doğum tarixi 1728[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 yanvar 1780(1780-01-24)
Vəfat yeri
Vəfat səbəbi Tetanus
Fəaliyyəti yazıçı, həkim, botanik, ixtiraçı, esseist, təbib
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təxəllüsləri

[redaktə | mənbəni redaktə et]

Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır.[3] Təbiətşünaslıqrəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir.[3] Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır.[3] İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir.[3]

Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır.[3]

Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında[a] doğulmuşdur.[3] Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.[3] Ailəsinin başçısı olduqdan sonra soyadını Hiraqa olaraq dəyişmişdir.[3] O, erkən yaşlardan etibarən bacarıqlarını nümayiş etdirməyə başlamış və daymyo Matsudayra Yoritakanın bitki bağında işləmişdir.[3]

1752-ci ildə han tərəfindən bir illik təhsil üçün Naqasakiyə göndərilmişdir.[3] Qennay Naqasakidə yeni ideyalarla tanış olduqdan sonra rəsmi postunu tərk etmək qərarına gəlmiş və 1754-cü ildə Takamatsuya qayıdanda ailə başçısı statusunu kiçik bacısının ərinə ötürmüşdür.[3] 1763-cü ildə Takamatsu hanı ilə münasibətlərini tamamilə kəsmiş və ronin olmuşdur.[3]

Qennay Osaka şəhərinə gedərək Toda Kyokuzandan herbalogiya təhsili almışdır.[3] 1757-ci ildə isə Edo şəhərinə getmiş, herbaloq və dövlət həkimi Tamura Qenyunun şagirdi olmuşdur.[3] Nakaqava Cunan eyni məktəbdə olduğu üçün onun vasitəsilə Suqita Qenpaku ilə tanış olmuşdur.[3] Qennay Tamuranı razı salaraq yakuhin-eyə – təbiətşünaslar simpoziumuna dəstək verməsinə nail olmuşdur.[3] Bu yakuhin-enin məqsədi yeni və qeyri-adi məhsulları dəyərləndirmək idi.[3] Qennayın başçılığı altında 1762-ci ilə qədər 5 belə görüş baş tutmuşdur.[3] Yaponiyanın müxtəlif yerlərindən olan herbaloqlar və digər sahə alimləri ümumilikdə 1300 heyvan, bitki və mineral növü təqdim etmişdirlər.[3] Qennay onların arasından 360 növünü seçmiş və əsas əsəri olan "Müxtəlif materialların klassifikasiyası"[b] əsərində hər biri haqqında detallı açıqlamalar vermişdir.[3] Əsər 1763-cü ildə nəşr olunmuşdur.[3]

Qennay tərəfindən ixtira edilmiş Elekiter adlı cihaz.

1763-cü ildə Qennay iki satirik roman nəşr etdirmişdir: "Köksüz otlar"[c]"Şikodenin qəhrəman tarixi"[d].[3] Bu dövrdən etibarən Qennay kokkeybon janrının yazıçısı kimi tanınmağa başlamışdır.[3] Onun təcrübə və istehsal artırma sahəsindəki fəaliyyətləri rocu Tanuma Okitsuqu tərəfindən dəstəklənmişdir.[3] Tanumanın dəstəyi ilə Qennay 1770–72-ci illərdə ikinci dəfə Naqasakiyə səyahət etmişdir.[3] Bu dövrdə asbest parça (kakanfu) istehsal etmiş, termometrlər hazırlamış, holland üslubunda dulusçuluqla məşğul olmuş və mineral ehtiyatlar üçün axtarışlar aparmışdır.[3] O, yun istehsalı və Qərb rəssamlığı ilə də maraqlanmışdır.[3] Bir neçə corurinin müəllifi olmuş, "Yaquçi bərəsində möcüzə"[e] adlı əsəri 1770-ci ildə səhnələşdirilmişdir.[3]

Qennay 1773-cü ildə Akita hanında yerləşən bir mis mədənini yenidən açmaq üçün cəhd etsə də, uğursuz olmuşdur.[3] Lakin Akitada olanda Odano Naotake ilə tanış olmuş, onu Qərb rəssamlığı ilə tanış edərək Akita məktəbinin qurulmasında rol oynamışdır.[3] 1774-cü ildə Çiçibu dəmir mədəninin tədqiqində də uğursuz olmuşdur.[3] Bu uğursuzluqlar onu ümidsizliyə və qəzəbə sövq etmişdir.[3] Elektrik sahəsindəki uğurları da onun psixoloji vəziyyətini yaxşılaşdırmamışdır.[3]

1777-ci ildə "Küləyi sındırmaq traktatı"[f] adlı avtobioqrafik memuarını tamamlamışdır.[3] 1779-cu ildə psixoloji vəziyyəti daha da pisləşmiş, şagirdlərindən birini qılıncla öldürmüşdür.[3] 1780-ci ildə həbsxanada ölmüşdür.[3]

  1. Hazırda Kaqava prefekturası.
  2. Orijinal adı "Butsurui hinşitsu".
  3. Orijinal adı "Nenaşi qusa".
  4. Orijinal adı "Furyu Şikoden den".
  5. Orijinal adı "Şinrey Yaquçi no vataşi".
  6. Orijinal adı "Hohiron".
  1. 1 2 Hiraga Gennai // Union List of Artist Names (ing.).
  2. 1 2 Bibliothèque nationale de France Gen'nai Hiraga // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 142. ISBN 0-87011-623-1. İstifadə tarixi: 7 avqust 2022.