Şoci Seto

Şoci Seto (瀬藤象二, Seto Şoci?, 18 mart 189120 oktyabr 1977)Yaponiya elektrik mühəndisi və biznesmeni.[1][2]

Şoci Seto
yap. 瀬藤象二
Doğum tarixi 18 mart 1891(1891-03-18)
Vəfat tarixi 20 oktyabr 1977(1977-10-20) (86 yaşında)
Vətəndaşlığı
İş yeri
Təhsili
Mükafatları "Mədəniyyət" ordeni "Bənövşəyi lent" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Şoci Seto 1891-ci ildə Yaponiyanın Vakayama prefekturasında doğulmuşdur.[1] 1915-ci ildə Tokio Universitetindən məzun olmuşdur.[1] 1923-cü ildə Təhsil Nazirliyinin dəstəyi ilə Almaniya, İngiltərə, ABŞİsveçrədə təhsil almışdır.[2] Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin professoru olmuş, Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunda anodlaşmış alüminium üzərində araşdırmalara başlamışdır.[1] İkinci dünya müharibəsi illərində Yaponiyanın müstəqil elektron mikroskop layihəsinin aktiv iştirakçılarından biri olmuşdur.[1] 1959-cu ildə "Toshiba" elektrik şirkətinin direktoru təyin olunmuşdur.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Gördüyü işlərə görə 1973-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 71. ISBN 0-87011-627-4. İstifadə tarixi: 23 yanvar 2023.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 2058. İstifadə tarixi: 23 yanvar 2023.