Toshiba Corporation (yap. 株式会社東芝; yazılış: Toe-She-buh; Yaponca səsləndirişiylə: TOH-she-bah) — transmilli Yaponiya istehsal şirkəti. Ümumi mərkəzi Yaponiyanın paytaxtı Tokioda yerləşən şirkət istehlakçı məhsulları elektronik cihazlar və hissələri mövzusunda dünyanın tanınmış markalarından biridir.
Toshiba | |
---|---|
株式会社東芝 | |
Ümumi məlumatlar | |
Tipi | İctimai şirkət |
Sənaye | IT xidmətləri, Logistika |
Məhsulları |
Elektronika Yarımkeçiricilər Sosial infrastruktur Kompüter hardware Məişət texnikası Tibbi avadanlıqları Elektro aparatura Liftlər və eskalatorlar Ofis avadanlığı İşıqlandırma |
Təsis tarixi | 1939 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Xalis mənfəəti | $3,420 milyard (2008 il) |
Struktur | |
İşçi sayı | 206,087 (2013 il)[1] |
Rəhbərlik | |
Təsisçi | |
Rəhbərlik | prezident — Norio Sasaki (Norio Sasaki) (2009 il) |
Toshiba Global | |
Vikianbarda əlaqəli mediafayllar |
Toshiba; HP, Dell,Samsung, Acer və Lenovo ilə birlikdə dünyanın ən böyük altı fərdi kompüter istehsalçısından biridir.
Toshiba; enerji istehsalı, güc qaynaqları, internet həlləri, informasiya sistemləri və elektronik hissə sahələri də var.
Toshiba iki şirkətin birləşməsi ilə 1939-cu yaradılmışdır. Birinci şirkət Tanaka Seizosho (Tanaka Engineering Works)-dür. Yaponiyanın ilk teleqraf avadanlıqları istehsalçısı olaraq Hisashige Tanaka tərəfindən 1875-ci ildə yaradılmışdır. 1904-cü ildə adı Shibaura Seisakusho (Shibaura Engineering Works) olaraq dəyişdirilən şirkət xüsusilə Meiji Era dövründə dünyanın öz sahəsində şirkətlərindən biri halına gəlmişdir.
İkinci şirkət 1890-cı ildə yaradılmış və Yaponiyanın ilk elektrikli közərən lampa istehsalçısı olan Hakunetsusha'dır. 1899-cu ildə adı dəyişən şirkət Tokio Denki (Tokio Elektrik) adını almışdır.
1939-cu ildə Shibaura Seisakusho və Tokio Denki şirkətləri birləşərək Tokio Shibaura Denki (Tokio Shibaura Elektrik) adını aldılar. 1978-ci ildə isə şirkətin adı Toshiba Corporation olaraq təkrar yeniləndi.
Toshiba firması xüsusilə 1940-1950 və 1970-ci illərdəki müxtəlif kiçik şirkətlərin satın alınması ilə böyümə mərhələsinə girmişdir. Toshiba EMI(1960), Toshiba International Corporation(1970's), Toshiba Electrical Equipment(1974), Toshiba Chemical(1974), Toshiba Lighting and Technology(1989), Toshiba America Information Systems(1989) və Toshiba Carrier Corporation(1999) kimi şirkətlərlə Toshiba'nın holdingləşmə və bir şirkətlər qrupu olma müddəti başlamışdır.