Şofuku məbədi (Fukuoka)

Şofuku məbədi (聖福寺, Şofuku-ci?)Yaponiyanın Fukuoka prefekturasının Hakata şəhərində yerləşən buddist məbədi. Buddizmin Rinzay sektalarına aiddir. Yaponiyada tikilmiş ilk Zen məbədidir.

Rinzay buddizmi
Şofuku məbədi
Şofuku-ci (聖福寺?)
Məbədin romonu.
Məbədin romonu.
Yerləşməsi
Ölkə Yaponiya
Bölgə Fukuoka prefekturası
Şəhər Hakata
Memarlıq
İnşa tarixi 1191
Tikdirəni Eysay
Şofuku məbədi xəritədə
Şofuku məbədi
Şofuku məbədi
Saytı
shofukuji.or.jp/wp/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məbədin əsası buddist keşişi, Rinzay sektasının qurucusu, Yaponiyanı çay bitkisi ilə tanış edən şəxs olan Eysay tərəfindən 1191-ci ildə qoyulmuşdur. Məbədin tikintisi 1195-ci ildə tamamlanmışdır.[1] Məbəddə onun əkdiyi çay ağaclarının nəslindən olan çay ağacı bitir. Bu ağac "Yaponiyanın ilk çay ağacı" kimi tanınır. Məbəd tarixi boyunca bir çox dəfə məhv olunmuş və yenidən tikilmişdir.[2]

Yaponiya rəssamı və xəttatı Senqay Qibon 1761–1811-ci illərdə qədər bu məbədin abbatı olmuşdur.[3]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Məbəddə bir çox məbəd darvazası yerləşir. Onlardan ən məşhuru olan Sanmon darvazası kiçik gölməçənin qabağında yerləşir və 1911-ci ildə yenidən tikilmişdir. Butsuden zalında Buddanın heykəli yerləşir. Tikilinin tavanı bulud əjdahasının təsviri ilə bəzədilmişdir. Məbəd tikililərdən biri Eysaya həsr olunmuş zaldır.[1]

  1. 1 2 "Shofukuji Temple". Japan Travel (ingiliscə). 15 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2023.
  2. "Japan's First Tea Tree". Atlas Obscura (ingiliscə). 7 avqust 2023. 15 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2023.
  3. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 63. ISBN 0-87011-627-4. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]