Şokalski boğazı (rus. Пролив Шокальского) - Oktyabr İnqilabı adasını Bolşevik adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizini Laptevlər dənizi ilə birləşdirir. Uzunluğu 120 km ,eni 20–50 km , dərinliyi 200 – 250 m təşkil edir. Sahilləri parçalıdır və buzlaqlarla örtülüdür. Buzlaqları Karpinski, Muşketova, Semenova-Tyan-Şanski, Qrotov, Universitetskidir. Buzlaqlar Aysberqlər əmələ gətirir. Boğazda Naydenis, Suxoy, Malış, Matroskie adaları, Pirojok, Arpqolda, Kaşki adaları, Sterojevoy və Krasnoflotski adaları vardır. Sahillərində Afonina, Spartak, Telman, İqnat Qardaşları, Zub və Juravlev burnuları vardır. Şimal-qərbdə Marat Fiordu və Medvejya buxtası, şərqdə Amba buxtası yerləşir. Amba buxtasına Amba çayı axır[1][2]. Boğaz sovet coğrafiyaçısı və kartoqrafçısı Yuliy Mixayloviç Şokalskinin şərəfinə adlandırılıb. Krasnoyarsk diyarı ərazisində yerləşir.
Şokalski boğazı | |
---|---|
rus. Пролив Шокальского | |
Ümumi məlumatlar | |
Eni | 20-50 km |
Uzunluğu | 120 km |
Ən böyük dərinliyi | 250 m |
Yerləşməsi | |
78°48′00″ şm. e. 100°04′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Oktyabr İnqilabı adasını Bolşevik adasından ayırır |
|