Şoqoro Tsuboy

Şoqoro Tsuboy (坪井正五郎, Tsuboy Şoqoro?, 22 fevral 1863, Edo[d]26 may 1913, Sankt-Peterburq)Yaponiya arxeoloqufiziki antropoloqu.

Şoqoro Tsuboy
yap. 坪井正五郎
Doğum tarixi 22 fevral 1863(1863-02-22)
Doğum yeri
Vəfat tarixi 26 may 1913(1913-05-26) (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Somey qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti müəllim
Elmi dərəcəsi
  • elmlər doktoru[d]
Mükafatları IV dərəcəli "Müqəddəs xəzinə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şoqoro Tsuboy 1863-cü ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur.[1] 1884-cü ildə Tokio Universitetində zoologiya üzrə bakalavr təhsili alarkən Şozo Arisaka ilə birlikdə Mukoqaoka qabıq təpəsində qazıntı işləri aparmış və Yayoy dulusçuluğunun ilk nümunələrini kəşf etmişdir.[1]

O, 1884-cü ildə Antropologiya Assosiasiyasının[a] əsasını qoymuşdur.[1] Tokio Universitetindən antropologiya üzrə məzun olduqdan sonra 1889–92-ci illərdə BritaniyaFransada təhsil almışdır.[1] Qayıtdıqdan sonra 1893-cü ildə Tokio Universitetində antropologiya üzrə ilk kursları təşkil etmişdir.[1] Ryuzo Torii 1892-ci ildə Tsuboyun tələbəsi olmuşdur.[2]

Tsuboy yaponların mənşəyi haqqında irəli sürdüyü nəzəriyyələrə görə tanınır.[1] Məsələn, onun nəzəriyyəsinə görə aynu mifologiyasındakı koropokkurular arxipelaqın ilk sakinlərini təmsil edirlər.[1] O, Koqoişi strukturları haqqında nəzəriyyələr də vermişdir.[1] Lakin onun nəzəriyyələri daha sonra qüvvədən düşmüşdür.[1] Tsuboy yokoanalarda və qabıq təpələrində apardığı qazıntı işləri haqqında ətraflı hesabatlar yazmışdır.[1] Hesabatları Tokio Antropologiya Cəmiyyətinin "Jinrui gakkai hokoku"[b] jurnalında nəşr olunmuşdur.[1]

  1. Daha sonra Nippon Antropologiya Cəmiyyəti.
  2. Daha sonra "Jinruigaku zasshi"
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 79 və 116. ISBN 0-87011-628-2. İstifadə tarixi: 2 sentyabr 2022.