Şorbaçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd.
Şorbaçı | |
---|---|
40°14′09″ şm. e. 48°54′30″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.[2]
2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[3]
Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.[4]
Hacıqabul rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |