Şuşa, Peterburq və Paris xatirələri — türkçülük ideologiyasının banilərindən biri, müsəlman şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun xatirələrini, yazılarını, Atatürkə məktublarını, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər, sənədləri özündə toplayan kitab.[1]
Şuşa, Peterburq və Paris xatirələri | |
---|---|
Şuşa, Peterburq və Paris xatirələri (Atatürkə iki məktub) | |
| |
Müəllif | Əhməd bəy Ağaoğlu |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2019 |
Tərtibat | Dilqəm Əhməd |
Nəşriyyat | Çapar Nəşriyyat evi |
Səhifə | 124 |
Tiraj | 500 |
ISBN | 9789952835649 |
Kitab 2019-cu ildə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin şərəfinə Dilqəm Əhməd tərəfindən tərtib edilib, Çapar Nəşriyyat evi tərəfindən nəşr olunub. Kitabda Azərbaycan və Türkiyənin böyük mütəfəkkiri, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun xatirələri, yazıları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər, sənədlər dərc edilib. Kitaba həmçinin Mustafa Kamal Atatürkə yazdığı iki məktubu da əlavə edilib.[2][3]