Tərəqqi (qəzet)

"Tərəqqi" qəzeti (az-əbcəd. ترقى‎) — ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. 1908–1909 illərdə Bakıda milyonçu Murtuza Muxtarovun vəsaitinə nəşr olunmuşdur. Baş redaktoru Əhməd bəy Ağaoğlu idi.[1][2]

Tərəqqi
az-əbcəd. ترقى
Təsisçi Əhməd bəy Ağaoğlu
Nəşriyyat Murtuza Muxtarov
Baş redaktor
Redaktor
Yaranma tarixi 8 (21) iyun 1908
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 6 (19) oktyabr 1909
Baş ofis
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Əmin Rəsulzadə "Tərəqqi"-ni Azərbaycanda ilk Avropa tipli qəzet adlandırmışdır.[3]

Birinci nömrəsi 1908-ci il iyun ayının 8-də çıxmışdı. Qəzetin adı "Tərəqqi" sözünün altında "Hürriyyət, müsavat, ədalət" sözləri yazılmışdı. "Tərəqqi" əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çıxırdı.[4] Qəzetin 46-cı nömrəsinə kimi naşiri Ə. Ağaoğlu, 46-cı nömrədən Murtuza Muxtarov idi.[1][3]

"Tərəqqi"nin nəşrində Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Hadi, Əliqulu Qəmküsar və başqaları iştirak ediblər.[1][3] M. Ə. Rəsulzadə qəzetin ən fəal əməkdaşlarından və müəlliflərindən idi. Onun bu qəzetdə 100-dən artıq çox qiymətli, müxtəlif janrlı əsəri dərc olunmuşdur.[3]

1909 il iyunun 28-də Ə. Ağaoğlu Türkiyəyə köçüb getdikdən sonra qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyov olmuşdur. "Tərəqqi"-də Ü. Hacıbəyovun müxtəlif janrlarda (siyasi icmal, açıq məktub, elmi-pedaqoji məqalə) 150-dən çox yazısı "Osmanlıda inqilab qoxusu", "İran işləri", "Gələcək Avropa konfransı", "Milli məktəblərdə rus dili tədrisi", "Üsuli-təlim" və s. məqalələri, "Ordan-burdan" ümumi başlıqlı felyetonları) çıxmışdır. N. V. Qoqolun «Şinel» hekayəsi də ilk dəfə Ü. Hacıbəyovun tərcüməsində "Tərəqqi" qəzetində dərc olunmuşdur.[2]

Bir sıra maliyyə çətinliklərinə görə[1] "Tərəqqi" cəmi 434 nömrədən sonra — 1909-cu il oktyabrın 6-da bağlandı.[4]

  • Vəliyev Akif Abduləzim oğlu. Azərbaycan mətbuat tarixi (1875-1920). Bakı, "Elm və Təhsil", 2009 — 296 səh.
  1. 1 2 3 4 «ТӘРӘГГИ» // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 256.
  2. 1 2 Tərəqqi // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. 201. ISBN 978-9952-34-075-4. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
  3. 1 2 3 4 Rəsulzadə, Məhəmməd Əmin. Qeydlər // Hüseynov, Şirməmməd (redaktor). Əsərləri. I cild. Bakı: Azərnəşr. 1992. 461. ISBN 5-552-01096-5.
  4. 1 2 MÜŞFİQƏ. "Mətbuatımızın "Tərəqqi" dövrü". yeniazerbaycan.com. 2022-06-08. 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.