Səməd Ağaoğlu

Ağaoğlu Səməd Əhməd bəy oğlu (1909 və ya 22 aprel 1909[1], Bakı6 avqust 1982[2][1], İstanbul) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur.[3]

Səməd Ağaoğlu
türk. Samet Ağaoğlu
Türkiyə Ticarət naziri
bayraq2
6 dekabr 1954 – 8 fevral 1958
ƏvvəlkiFəthi Çəlikbaş
Sonrakıİbrahim Sıtkı Yırcalı
11 noyabr 1952 – 8 aprel 1953
ƏvvəlkiNuri Özsan
SonrakıXeyrəddin Ərkmən
bayraq
Türkiyə Baş nazirin müavini
bayraq2
5 iyun 1950 – 10 noyabr 1952
ƏvvəlkiNihat Ərim
SonrakıFatin Rüştü Zorlu
Şəxsi məlumatlar
Doğum tarixi 1909 və ya 22 aprel 1909(1909-04-22)[1]
Doğum yeri
Vəfat tarixi 6 avqust 1982(1982-08-06)[2][1]
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
  • İstanbul liseyi[d],
  • Ankara Universitetinin Hüquq fakültəsi[d]
Fəaliyyəti yazıçı, siyasətçi
Atası Əhməd bəy Ağaoğlu
Həyat yoldaşı
  • Nəriman Ağaoğlu[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur.

1960-cı ildə Calal BayarAdnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.[4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Səməd Ağaoğlunun bədii irsi əsasən 1944–1965-ci illər arasında nəşr olunmuş "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü" adlı məcmuələrdə toplanmışdır. Bundan əlavə, onun on beşə qədər kitabi çap olunmuşdur ki, ("Tanış izlər", "Dostum Menderes", "Sovet Rusiya Imperatorluğu", "İki partiya arasında fərqlər", "Demokrat partiyasını doğuluş və yüksəliş səbəbləri", "Qüvveyi-milliyyə ruhu" və s.) bunlar başlıca olaraq ədəbi-tənqid, siyasi-hüquqi araşdırmalar, xatirələr və səyahətnamələrdən ibarətdir.

Səməd Ağaoğlu dəmir pərdənin hökm sürdüyü ən çətin dövrdə — 1967-ci ildə Azərbaycana gəlmiş, "Sovet Rusiya İmperatorluğu" kitabının fəsillərindən birini doğma vətəninə həsr etmişdir.

Səməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan və bu gün Azərbaycan ədəbi-nəzəri fikri üçün aktuallıq kəsb edən əsərləri atası Əhməd bəy Ağaoğlu haqqında xatirələridir. "Atamı xatırlarkən" və "Atamın dostları" adlı iki kitabdan ibarət bu xatirələr Türkiyədə nəşr olunmuşdur.

Səməd Ağaoğlu 1982-ci ilin avqust ayının 6-da, 73 yaşında dünyasını dəyişmişdir.

Əhməd bəy Ağaoğlunun oğludur.

  1. 1 2 3 4 WorldCat Entities (ing.). OCLC, Inc., 2022.
  2. 1 2 Bibliothèque nationale de France Samet Ağaoğlu // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. "Görkəmli Azərbaycanlılar" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-18.
  4. "Səməd Ağaoğlu". 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.