Atəşkəs və sürgün xatirələri (Ağaoğlu)

Atəşkəs və sürgün xatirələri (türk. Ateşkes ve sürgün hatıraları) — Əhməd bəy Ağaoğlu tərəfindən 1919–1921-ci illərdə Maltada sürgündə olarkən türkcə yazdığı memuar.

Atəşkəs və sürgün xatirələri
türk. Ateşkes ve sürgün hatıraları
Əsərin 2018-ci il azərbaycanca nəşrinin üz qabığı
Əsərin 2018-ci il azərbaycanca nəşrinin üz qabığı
Müəllif Əhməd bəy Ağaoğlu
Janr Memuar
Orijinalın dili Türkcə
Ölkə Azərbaycan Azərbaycan
Tərcüməçi Dürdanə Ramazanlı
Nəşriyyat Bakı Kitab Klubu (2018)
Səhifə 200

Xatirələr 1919–1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaş-mayıb. Burada oxucu Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, RusiyadaMərkəzi Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər.

Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb.

"Atəşkəs və sürgün xatirələri" XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

Əsər Dürdanə Ramazanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 200 səhifədə çap edilib.[1]

  1. "Atəşkəs və sürgün xatirələri" (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]