Şuşa[1] — azərbaycanlı bəstəkar-müğənni Aysel Məmmədovanın mahnısıdır. Mahnı 7 noyabr 2022-ci ildə təqdim edilmişdir. Mahnının musiqisi ifaçının özünə, sözləri isə Kübra Kərimliyə aiddir. Mahnının musiqi prodüseri Emin Kərim, layihənin baş prodüseri isə Aysel Rəcəblidir.[2]
Şuşa | |||||||
---|---|---|---|---|---|---|---|
AISEL tərəfindən ifa olunmuş sinql | |||||||
Yayımlanma tarixi | 7 noyabr, 2022 | ||||||
Janr | pop, pop-folk | ||||||
Dil | azərbaycanca | ||||||
Müddət | 03:07 | ||||||
Prodüser | Emin Kərim | ||||||
Bəstəkar | AISEL | ||||||
Sözlərin müəllifi | Kübra Kərimli | ||||||
Studiya | Bakı, Azərbaycan | ||||||
AISEL sinqllarının xronologiyası | |||||||
|
|||||||
Audio nümunəsi | |||||||
|
AISEL bu layihədə SS Production şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. Müğənninin SS Production ilə ilk layihəsi olan Şuşa mahnısının sözləri Kübra Kərimliyə, aranjimanı isə Emin Kərimə aiddir. Aisel təqdim etdiyi layihələrində hər dəfə milli musiqi alətlərimizdən istifadə edərək, pop musiqisi ilə milli musiqi alətlərimizin sintezini dinləyicilərə təqdim etmişdir. İfaçı ənənəsinə sadiq qalaraq, bu dəfə də, milli musiqi aləti olan balaban və tütəyə müraciət etmişdir. Onu balaban və tütəkdə Coşqun Sadıqov müşayət etmişdir.
Layihə ilk dəfə olaraq, ITV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" proqramında təqdim olunmuşdur. İfaçı proqramda qonaq olan zaman yeni layihəsi haqqında bu fikirləri bildirmişdir:
“Əlbəttə ki, hər birimizin yaralı yeri idi Şuşa mövzusu və biz musiqiçi olaraq, emosiyalarımızı musiqi vasitəsilə çatdıra bilirik və ona görə də bu fikir mən də yarandı. Musiqi gəldi əvvəl, sonra Kübra Kərimli çox gözəl ürəyə toxunan sözlər yazdı və biz bu layihəni aranjiman etdik. Nəticədə çox gözəl, çox emosiyonal bir musiqi parçasını ərsəyə gətirdik...”[3] |
Klip ilk olaraq, ITV-də yayımlanan "Sabahın xeyir, Azərbaycan" proqramında təqdim olunduqdan sonra, bütün video izlənmə platformalarında yayımlanmağa başlamışdır. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə hazırlanan layihə 8 Noyabr - Zəfər Günü ərəfəsində İqtisadiyyat Nazirliyinin inzibati binası üzərində vizual yayımlanmışdır. [4]
İfaçı mahnının tanıtımı üçün 20 dekabr 2022-ci ildə ADA Universitetində təqdim olunan “Qarabağın səsini dinlə” audiokitab layihəsində mahnını canlı olaraq səsləndirmişdir. [5]
Klip məşhur rəssam, Əməkdar incəsənət xadimi Elturan Avalovun "Şuşa şəhərinin memarlığı" adlı qrafik rəsmlər silsiləsi əsasında hazırlanmışdır. Rəssamın təsvirlərində Şuşanın qədim memarlığını özündə əks etdirən tarixi abidələr və tikililər təqdim olunub ki, onların da bir çoxu işğal dövründə dağıdılmış və ya tamamilə məhv edilmişdir. Klipin rejissorluğunu qrafik rəsmlər rejissoru Teymur Nəcəfzadə həyata keçirmişdir. Klipdə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin, ölkənin musiqi və yaradıcılıq irsində xüsusi dəyər kəsb edən, parlaq iz qoyan şuşalıların obrazlarından istifadə olunmuşdur. Bu virtual gəzintidə Pənahəli xan, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Üzeyir Hacıbəyli, Bülbül və Xan Şuşinski kimi görkəmli şəxsiyyətlər yer almışdır. [6]
Ölkə | Tarix | Format(lar) | Yayımcı şirkət |
---|---|---|---|
Dünya miqyasında | 7 noyabr 2022 | Dijital yükləmə | "Beat Music" ("AISEL" adına) |