Şuşa Humanitar Kolleci (əvvəlki adı: Şuşa Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[3]
Şuşa Humanitar Kolleci | |
---|---|
Əsası qoyulub | XIX əsrin ortaları[1] |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Bakı şəhəri Qədirli küç. 27[2] |
Bu gün Şuşa Humanitar kolleci kimi fəaliyyət göstərən məktəbin tarixi XIX əsrin ortalarına Şuşa musiqi məktəbinin yaradılmasına söykənir. Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) Şuşada ilk dəfə musiqi məktəbini açır. bu məktəbdə o, özünün düzəltdiyi tütək, davul, dümbək və s. alətlərlə uşaqlara musiqinin sirlərini öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi İsi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Məktəbin tar sinifində oxuyan Sadıqcan (1846-1902) novator tarzən kimi tanınmışdır.[1]
XIX əsrin 80-cı ilərində musiqi və muğam aşiqi olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açır. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi öz fəaliyyətini dayandırdı.
XIX əsrin 90-cı illərində görkəmli alim, rəssam Mir Möhsün Nəvvabın təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edildi. Bu məktəbin təşkili ilə musiqi ifaçılığ və vokal sənətində canlanma yarandı.
XX əsrin 30-cu illərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komisarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən[4] Şuşa Musiqi məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi). Məktəb Xan qızı Natəvanın evində fəaliyyətə başladı. Məktəbdə tar, kamança, fortepiano, skripka və vokal şöbələri fəaliyyət göstərirdi. 1933-cü ildə məktəbə ilk direktor Həmzə Əliyev təyin olunur. O, məşhur skripkaçı, Azərbaycan Respublikasının xalq artisti, professor Azad Əliyevin atasıdır. Həmzə Əliyev Şuşa Musiqi Məktəbinin direktoru vəzifəsində olduğu müddətdə respublikanın görkəmli bir çox müəllimlərini məktəbə dəvət etmiş, özünün rəhbərliyi, müəllim və şagirdlərin iştirakı ilə tez-tez konsertlər təşkil etmişdir. respublikanın tanınmış musiqi müəllimləri: Qəmbər Hüseynli, əməkdar müəllim Fatma Zeynalova, Saleh Əbdürrəhimov, Nikolay və Polina Sergeylər, Lətif Əliyev, Aleksey Raxmanov, Zoya Vladimirovna və başqaları bu məktəbdə dərs demişlər.
Əvvəlki adı Şuşa Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır[5].
Əvvəlki adı Şuşa Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən[6] Şuşa Musiqi Kolleci adlanan təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şuşa Humanitar Kollecinə qoşulmuşdur.[7]
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[8]