Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.[1]Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı.
Keçəçioğlu Məhəmməd | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Məhəmməd Məşədi Xəlil oğlu |
Doğum tarixi | 18 iyun 1864 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1940 (76 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Janr | muğam |
Musiqi aləti | qaval |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir.[2] Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.[3]
1926-cı ildə professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Keçəçi oğlu Məhəmməd muğamı tədris etmiş, burada Azərbaycanın bir cox tanınmış xanəndələrini yetişdirməyə müvəffəq olmuşdur. 1921-ci ildə Keçəçi Məhəmməd "Təşviqat qatarı" ilə Azərbaycanın bir sıra rayonlarını gəzmiş, əhaliyə verilən konsertlərdə fəal iştirak etmişdir.[4]
Keçəçi oğlu Məhəmməd Bakıda məşhur tarzənlərdən Bala oğlu Qrikor, Məşədi Zeynal, Mərdi Canıbəyov, sonralar isə Qurban Pirimov ilə əməkdaşlıq etmişdir. Keçəçi oğlu tarzən Tatevos Arutunyan və kamançaçı Armenak Şuşinski ilə də toy şənliklərində olmuşdur.[5]
Görkəmli musiqişünas Xarrat Qulu keçəçi dükanının yanından keçərkən, ortaboylu, qırmızıyanaq bir gəncin keçə təmizləyə-təmizləyə zümzümə etdiyini eşidir. O, gəncin kim olduğunu öyrəndikdən sonra, onu öz məktəbinə dəvət edir. Məhəmməd burada Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir. Qastrol səfərləri də onun yaradıcılığında geniş yer tutur. Xanəndəliklə yanaşı, pedoqoji fəaliyyətlə də məşğul olmuşdur. 1926-cı ildə Ü. Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunmuş və gənc xanəndələr yetişdirmişdir. Keçəçi oğlu hələ gənc ikən Şuşanın "Şəmilin bağı", "Çanaxqala" və "Səkili bulaq" kimi səfalı yerlərində qurulan məclislərdə oxumuşdur.[6]
Keçəçioğlu Məhəmmədi görməyib uzaqdan səsini dinləyənlər elə bilirdilər ki, oxuyan Məşədi İsidir.Seyid Şuşinski
Çünki Keçəçi oğlu oxuduğu muğamlarda Məşədi İsinin vurduğu xalları və guşələri çox ustalıqla təqlid edirdi. O, böyük xanəndənin yolu ilə gedirdi.[7]
Onun repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu, həmçinin,"Zəmın-xarə", "Hümayun", "Nəva", "Mahur", "Bayatı-Qacar" muğamını orijinal bir şəkildə ifa edirdi. Xüsusilə onun Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin "Leyli və Məcnun" poemasından səhnələri duet şəklində oxumaları çox məşhur idi. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları "Sport-rekord" (Varşava, 1912) və "Ekstrafon" (Kiyev, 1914) şirkətləri tərəfindən qramofon valına yazılmışdır.[8] Məşhur bir xanəndə kimi Keçəci oğlu Məhəmməd 1912-ci ildə "Sport- Rekord" səhmdar cəmiyyətinin dəvəti ilə Varşava səhərinə getmiş və orada "Rahab", "Şahnaz", "Dəşti", "Qarabağ şikəstəsi" muğamları ilə yanaşı, "Xuraman", "Axsam oldu" təsriflərini vala yazdırmışdır.[9] O, yolüstü bir neçə gün Moskvada qalır. Burada "Metropol" mehmanxanasının zalında Cabbar Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev və Davud Səfiyarovun iştirakı ilə "Şərq konserti" verir.[10] Varşavada Keçəçi oğlu, Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə "Heyratı", "Rahab", "Kürdü-Şahnaz", "Qarabağ Şikəstəsi", "Doşti", "Çoban bayatı"sı muğamları ilə birlikdə" "Getdi gəlmədi", "Gülə-gülə", "Xuraman", "Axşam oldu" təsnif və mahnılarını vala yazdırır. Onun xüsusi bir zövq ilə oxuduğu "Leyli" təsnifi dillər əzbəri olmuşdur.[11]