Şxara dağı

Şxara (qaraç.-balk. ушхара, gürc. შხარა — «Zolaqlı») — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində yerləşən dağ zirvəsi. Şxara Gürcüstanın ən yüksək zirvəsi, eləcədə QafqazınRusiyanın ElbrusDıxtaudan sonra üçüncü ən yüksək nöqtəsi hesab olunur. Dağın hündürlüyü - 5193,2 metrdir. İlk dəfə hündürlüyü 2010-cu ildə Piter Şon və Boris Avdeevım tərəfində ölçülüb.[2] Bəzi mənbələrdə dağın hündürlüyü 5203 m göstərilir. Zirvə daxilində qərb zirvəsi — 5068,8 m (42°59′57″ N, 43°05′23″E)[3][4] (yanılışlıqla bəzən onu əsas zirvə kimi göstərirlər) və şərq zirvəsi — 4866,5 м (43°00′12″ N, 43°07′39″E) müəyyən edilib. İlk dəfə zirvəni ingilis-isveç alpinistləri 1888-ci ildə fəth etmişlər.[5] Zirvəyə səfər üçün ən əlverişli vaxt -iyun, iyul, avqustsentyabr aylarıdır.

Şxara dağı
qaraç.-balk. Ушхара, gürc. შხარა
Şxara dağının Uşquli kəndindən görünüşü. Gürcüstan. (18 sentyabr 2007-ci il.)
Şxara dağının Uşquli kəndindən görünüşü. Gürcüstan. (18 sentyabr 2007-ci il.)
Ümumi məlumatlar
Dağ sistemi Baş Qafqaz silsiləsi
Mütləq hündürlüyü 5193,2[1][2]
Nisbi hündürlüyü 1.357 m
İlk fəthi 1888 (U. ALmer, C. Kokin, K. Rot.)
Yerləşməsi
43°00′02″ şm. e. 43°06′44″ ş. u.HGYO
Ölkələr
Vilayət
Şxara dağı xəritədə
Şxara dağı
Şxara dağı
Şxara dağı xəritədə
Şxara dağı
Şxara dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şxaranın kosmosdan görünüşü.

Svaneti rayonu dağın cənubunda, şimalında isə Kabarda-Balkariyanın Bezenqi rayonu yerləşir. Rusiya və Gürcüstan sərhəddində yerləşən bu dağ Kutaisi şəhərindən 90 km şimalda yerləşir. Şxara dağı 13 km-lik Bezenqiy divarı adlı dağ silsiləsinin tərkibindədir.

Şxara dağı qranitkristallik şistlərdən təşkil olunmuş. Dağ yamacları buzlaqlarla örtülüdür. Ən böyükləri şimal yamacında - Bezenqi, cənubda isə - Şxara və Xalde buzlağıdır. Bu buzlaqlardan əsasən İnquri çayı qidalanır. Şxara dağı alpinizm üçün əlverilşli məkandır. İlk dəfə sovet alpinistləri zirvəni 1933-cü ildə fəth etmişlər. Şxara çətinlik dərəcəsi yüksək olan dağlar sırasına aid edilir.

Şxara dağının cənub ətəyində, 2 200 metr hüdürlükdə Uşquli kəndi yerləşir. Uşquli Avropanın ikinci ən hündür dağ kəndidir.[6] Kənd ərazisindən bir çox turist marşurutları keçir. Bu kənd UNESCO-nun Ümumdünya irsinə daxil edilmiş.

  1. "Peakbagger.com". 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  2. 1 2 Питер Шон. "На Шхару из Сванетии: уточненные измерения высоты и спуск на лыжах". 2014-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  3. "Peakbagger.com". 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  4. "Топографическая карта K-38-39. Чихареши". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  5. "ГОРА ШХАРА — ВЫСОЧАЙШАЯ ВЕРШИНА ГРУЗИИ". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
  6. "Шхара - высшая точка Грузии". 2017-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]