Əşrəfoğlu məscidi ― Türkiyənin Konya ilinin Beyşehir şəhərində, Beyşehir gölünün 100 metr (330 ft) şimalında yerləşən 13-cü əsrə aid məscid.
İslam | |
Əşrəfoğlu məscidi | |
---|---|
Ölkə | |
Memarlıq | |
İnşa tarixi | 1296 – 1299 |
Üslubu | islam memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Rum sultanlığının son illərində müxtəlif səlcuqi valiləri qismən müstəqillik qazanır və ümumi adla Anadolu Bəylikləri adlandırılan öz yarı müstəqil bəyliklərini qururdular. Əşrəfoğulları (1280–1326) Anadolunun qərbində hakimiyyətdə olmuş kiçik bir bəylik idi. 1288-ci ildən sonra sülaləyə mənsub ikinci bəy olan Süleyman bəy Beyşehir şəhərini öz bəyliyinin paytaxtı olaraq bərpa etdi. Bəylik nisbətən əhəmiyyətsiz bir siyasi güc olsa da, şəhər Səlcuq səltənətinin mədəniyyət mərkəzlərindən biri olaraq çiçəkləndi. Süleyman bəy 1296-cı ildə Beyşehirdə Anadolu bəylikləri dövrünə aid ən böyük məscidlərdən biri olan Əşrəfoğlu məscidini istifadəyə verdi. O, 1302-ci ildə ölmüş və məscidin yanındakı qəbirdə dəfn edilmişdir.
Məscidin planı 31,8 x 46,55 metr ölçülərində düzbucaqlıdır. Lakin tikilinin şimal şərq küncü əsas portal üçün yer ayırmaq üçün böyüdülmüşdür. Portalın ölçüləri 7,1 x 10,1 metr kimidir. Tikilinə iki kiçik qapı və 35 pəncərə var. Məscidinin damı 42 taxta sütunla dəstəklənir. Hər sütunun uzunluğu 7,5 metrdir. Sütunların diametri 40 santimetrdir.[1]
Yeddi əsr keçməsinə baxmayaraq, Səlcuqlu dövrünə aid digər taxta binaların əksəriyyətindən fərqli olaraq bu məscid günümüzə qədər gəlib çıxmışdır və bu gün də müntəzəm xidmət üçün istifadə olunur. Taxta sütunlar sidr ağacından düzəldilmiş və rəvayətə görə tikilidə istifadə edilməzdən əvvəl altı ay Beyşehir gölündə batırılmışdır. Məscidin mərkəzində qar çuxuru var. Bu çuxu nisbətən yaxın vaxtlara (1940-cı illər) qədər yaxınlıqdakı dağlarda qar yağarkən istifadə olunurdu. Bu qar həm yayda məscidi sərinlədir, həm də taxta infrastruktura lazımi rütubət verirdi.[2]
Əşrəfoğlu məscidi 15 aprel 2011-ci ildə UNESCO-nun Ümumdünya İrsi İlkin siyahısına daxil edilmişdir. UNESCO-qeyd edir: " Əşrəfoğlu çəscidi erkən Anadolu Türk memarlığının bütün əsas elementlərini əhatə edir. Tikili İslam dünyasında ən böyük və ən yaxşı qorunan taxta sütunlu və damlı məsciddir."[3]