Ələkbərzadə Əbülhəsən Əlibaba oğlu (27 fevral (12 mart) 1906, Basqal, Şamaxı qəzası – 20 may 1986, Bakı) – nasir, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979)[1].
Əbülhəsən | |
---|---|
Doğum adı | Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə |
Doğum tarixi | |
Doğum yeri | Basqal, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Uşağı | Çingiz Ələkbərzadə |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Müasir Azərbaycan nəsrinin görkəmli təməlçilərindən olan və onun təkamülündə çox fəal iştirak edən ədiblərdən biri də xalq yazıçısı Əbülhəsəndir. Əbülhəsənin təmsil etdiyi nəsil müasir cəmiyyətimizin formalaşmasının bilavasitə şahidi və iştirakçısı olmuşdur.[2] 1904-cü ildə Azərbaycanın Şamaxı qəzasının Basqal kəndində anadan olmuşdur. Bakı darülmüəllimini bitirmişdir (1925). Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə "Azərbaycan" jurnalında baş redaktor vəzifələrində işləmişdir.
Döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə "Qırmızı əmək bayrağı" ordeni (1966, 1971, 1976), fəxri fərmanlar və döyüş medalları ilə təltif edilmişdir.
"Yoxuşlar" (1933), "Müharibə" (I kitab, 1947), "Dostluq qalası" (1960), "Tərs adamlar" (1967), "Dünya qopur" (1968), "Seçilmiş əsərləri" (üç cilddə 1984 və s. kitabların müəllifi olmuşdur.
1986-cı ildə vəfat etmişdir.
Bir sıra nasirlərimiz kimi Ə. Əbülhəsən də yaradıcılığının ilk illərində şeirlə daha çox məşqul olmuşdur. 1925–27-ci illərdə "Maarif yolu" jurnalında onun "Dağlar","Şahbuzdağı", "Bahar yağışları", "Qasımkəndin yaxınlığında", "Etirafdan", "Cortel axşamı" və başqa şeirləri dərc olunmuşdur. bu əsərlər lirik xarakterdədir, əsasən təbiət lövhələrindən ibarətdir.[3] Lakin Əbülhəsənin yaradıcılığı üçün ən səciyyəvi janr romanıdır. İlk müasir Azərbaycan romanı da onun qələminə məxsusdur. Azərbaycan ədəbiyyatında roman janrının tarixi Z. Marağayının "Səyahətnaməmeyi-İbrahimbəy" (1888), N. Nərimanovun "Bahadır və Sona"(1896), S. M. Qənizadənin "Gəlinlər həmayili"(1900) kimi əsərlərilə başlansa da, onun əsil inkişafı 1930-cu ildən sonralara aiddir.[4] Otuzuncu illəri Azərbaycan nəsrinin roman dövrü adlandırmaq mümkündür. Cünki məhz bu illərdə bir-birinin ardınca çox dəyərli romanlar yaranır və onların bəziləri indi də öz şöhrətini saxlayır. M. S. Ordubadinin "Dumanlı Təbriz", S. Rəhimovun "Şamo", Mir Cəlalın "Dirilən adam", Ə. Vəliyevin "Qəhrəman" əsərləri bu illərin ən uğurlu romanlarındandır. Müasir Azərbaycan romanınının ilk nümunəsi isə "Yoxuşlar" idi. "Yoxuşlar" kənddə kollektivləşmə hərəkatına həsr edilmişdir. 1930-cu ildə çap olunan "Yoxuşlar"ın birinci hissəsini müəllif 1933 və 1938-ci illərdə təkmilləşdirmişdir. Yazıçı roman üzərində yaradıcılıq işini davam etdirmiş və 1962-ci ildə əsərin ikinci hissəsini çap etdirmişdir.[5]
1933-cü ildə yazılan "Dünya qopur" romanında Azərbaycan zəhmətkeşlərinin hakimiyyəti ələ alması və inqilabi dövlət yaratması prosesi verilmişdir. "Dünya qopur" həm müəllifin, həm də o zamankı bədii nəsrimizin görkəmli nailiyyəti idi. Bu əsərini də Ə. Əbülhəsən bir neçə dəfə təkmilləşdirmişdir. 1980-ci ildə isə "Üç ildən sonra" adı ilə onun sonunu çap etdirmişdir.[6]