Əbdülmalik əl-Husi

Əbdülmalik əl-Husi (ərəb. عبد الملك الحوثي‎) (1 yanvar 1979) — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı.

Əbdülmalik Husi
ərəb. السيد عبد الملك الحوثي
Doğum tarixi 1 yanvar 1979(1979-01-01) (45 yaş)
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseyn Bədrəddin əl-Husinin qardaşı olan Abdulmalik əl-Husi 1979-cu ildə dünyaya gəlib.

Özəl təhsil müəssisəsində dərs almış Abdulmalik ailəsinin elimi təcrübəsindən bəhrələnərək, 13 yaşında atası tərəfindən Əllamə kimi elmi ada layiq görülüb. O 2004-cü il hadisələrində mübarizə meydanında qardaşının yanında önəmli yer tutub.

2004-cü il hadisələri bir müddət sonra yenidən təkrarlanır. 2005-ci ildə Yəmən hökuməti Husilərə qarşı təhdid siyasəti yürüdür. Belə ki, həmin ildə baş vermiş qiyamda 700 nəfər öldürülür, 2708 nəfər yaralanır. O zaman hərəkatın başında duran Abdullah Ayza ər-Rezami təslim olmaq məcburiyyətində qalır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]