Hüseyn əl-Husi (ərəb. حسين بدر الدين الحوثي; 20 avqust 1959[1] – 10 sentyabr 2004[1]) — Yəmən zeydilərinin lideri.
Hüseyn əl-Husi | |
---|---|
ərəb. حسين بدر الدين الحوثي | |
Doğum tarixi | 20 avqust 1959[1] |
Vəfat tarixi | 10 sentyabr 2004[1] (45 yaşında) |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | dini rəhbər[d], siyasətçi, hərbi lider[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Ənsarullah adlı hərəkatın ilk lideri olan bu şəxs Bədrəddin Husinin böyük oğludur. O 1956–2004-cü illərdə yaşayıb. Tez-tez İran və Livana səfərlər edib. Sudan respublikasında şəriət elmi üzrə ali təhsil alan Hüseyn Əl-Husi ölkədəki zeydilərlə birlikdə 1990-cı ildə Hizbul Haqq partiyasını yaradır. 1993-cü ildə ölkənin parlament seçkilərində yüksək səs toplayaraq, məclis üzvü olur. Lakin 1997-ci ildə siyasi səbəblərdən deputat mandatından imtina edərək, Husilər hərəkatını yaradır.
2004-cü ildə ABŞ və İsrail əleyhinə apardığı təbliğatlar nəticəsində hakimiyyətin təzyiqi ilə qarşılanır. Həmin il Yəmən ordusu və Husilər arasında qarşıdurma yaşanır. Hüseyn Bədrəddin Husi bir neçə tərəfdaşı ilə birlikdə öldürülür. Yəmən rəsmiləri Hüseyn Husini tərəfdarlarını Livan Hizbullahı tərəfindən silahlandırlmaqda gunahlandırdı.