Əbdülqafur Quləhmədov

Qafur Yunis oğlu Quləhmədov (tatar. Гафур Коләхмәтов, rus. Гафу́р Юну́сович Кулахме́тов, həmçinin Quləhmədiyev, rus. Кулахме́тьев[2]) və ya Əbdülqafur Quləhmədov (tatar. Габделгафур Коләхмәтов, rus. Габдулгафу́р Кулахме́тов; 22 aprel (4 may) 1881, Penza[1]1 aprel 1918[1], Yenə[d], Penza quberniyası[d]) — Tatarıstan yazıçısı, dramaturqu, tərcüməçisi, proletar inqilabçısı, ictimai xadimi.

Qafur Quləhmədov
Doğum adı Əbdülqafur Yunis oğlu Quləhmədov
Doğum tarixi 22 aprel (4 may) 1881
Doğum yeri
Vəfat tarixi 1 aprel 1918(1918-04-01)[1] (36 yaşında)
Vəfat yeri
  • Yenə[d], Kranoslobodsk qəzası[d], Penza quberniyası[d], RSFSR[d]
Milliyyəti tatar
Atası Yunis Quləhmədov
Anası Əzizə Quləhmədova
Təhsili Kazan Pedaqoji Məktəbi
İxtisası Pedaqogika
Fəaliyyəti Yazıçı, tərcüməçi, dramaturq, şair
Fəaliyyət illəri 1905–1918
Əsərlərinin dili tatar dili
Janrlar Pyes, şeir, hekayə
İlk əsəri «İke fiker»
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdülqafur Yunis oğlu Quləhmədov 4 may 1881-ci ildə Rusiya imperiyasının Penza şəhərində istehsalatçı bir ailədə anadan olmuşdur. 1902-ci ildə o, Kazan Pedaqoji Məktəbindən məzun olmuş, 1902–1912-ci illərdə Kazan şəhərində bir slobodada dərs keçmişdir.

1902-ci ildə Rusiya imperiyasındakı inqilabçı hərəkatın üzvü olmuşdur. Sosial-demokratların qeyri-qanuni əməllərində iştirak etmiş, Vladimir Leninin «İskra» qəzetini və Karl Marksın əsərlərini oxumuşdur. Fəhlə tətillərinə qoşulan Quləhmədov inqilabçı ədəbiyyatının nümunələrini tatar dilinə tərcümə etmişdir ki, ilk tərcüməsi 1903-cü ildə nəşr olunmuşdur. Quləhmədov 1905-ci ildə Rusiya imperiyasının hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdir.

1905–1906-cı illərdə o, azad mətbuatın bərpa olunması uğrunda mübarizə aparmışdır. Onun yaxın dostu və həmkarı Tatarıstan inqilabçısı bolşevik Hüseyn Yamaşev idi.

Əbdülqafur Yunis oğlu Quləhmədov 1 aprel 1918-ci ildə Rusiya imperiyasının Penza quberniyasının Kranoslobodsk mahalının ərazisinə daxil olan Yenə kəndində 36 yaşında vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Onun ədəbi yaradıcılıq fəaliyyəti 1905-ci ildə gerçəkləşən inqilab zamanı başlamışdır.

Onu ilk pyesi – «İke fiker» (tatar. «Ике фикер», azərb. «İki fikir»‎; 1906, 1929-cu ildə çap edilmişdir) iki ideyanın – qırmızı və qaranın mübarizəsini yarım simvolik bir şəkildə təmsil edirdi ki, bu mübarizədən "qırmızı fikir", yəni proletar inqilab qalib çıxır. Onun bu əsəri Rusiya imperiyasının vəzifələrinin səyi nəticəsində qadağan edilmişdir. Bu əsər yalnız Oktyabr inqilabında sonra işıq üzünə çıxardılımışdı. Onun senzuraya məruz qalmış digər əsərləri «Kem qayepli» (tatar. «Кем гаепле», azərb. «Kim günahkar»‎) və «Abu-Cexl» (tatar. «Абу-Джехль», azərb. «Əbu-Cəhl»‎) idi. Məzmun baxımdan din əleyhinə olan «Abu-Cexl» nəşr prosesinin yarısı bitmişdən senzuraya məruz qalmışdır. 1906-cı ildə o, «Uçurdulmuş dalğaqıran» (rus. «Разрушенный мол») adlı şeirini nəşr etmişdir. Bu şeir xalqı Çarizmə qarşı mübarizəyə çağırırdı.

Müəllifi olduğu və 1908-ci ildə nəşr edilmiş «Yaş qumer» (tatar. «Яшь гумер», azərb. «Gənc həyat»‎) pyesi inqilabçı gənclərin həyatını təsvir edir. Quləhmədov Tatarıstan ədəbiyyatına proletar əsərləri təqdim edən ilk yazıçı olmuşdur.

Əlavə olaraq, Əbdülqafur Quləhmədov bir neçə hekayə və qəzet məqalələri yazmışdır.

  1. 1 2 3 4 Кулахметов Гафур Юнусович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Tatarıstan Respublikası Arxiv Xidməti. — Fond 1477. — Op. 1. — Arx. 41. — Səh. 9". 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-26.
  • Гафур Кулахметов: сборник статей, посвященный 100-летию со дня рождения писателя-революционера. Tatarıstan Kitab Nəşriyyatı. 1983.
  • Q. Quləhmədov, M. Qaynullin. «Известия Казанского филиала АН СССР». Kazan. 1955.
  • Гиниятуллина А., Писатели Советского Татарстана. Kazan: Биобиблиографический справочник. 1970. (#first_missing_last)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]