Əbdürrəhmanbəyli obası — Ənvər Çingizoğlunun 2013-cü ildə nəşr olunmuş kitabı.
Əbdürrəhmanbəyli obası | |
---|---|
Müəlliflər | Ənvər Çingizoğlu |
Orijinalın dili | azərbaycanca |
Orijinalın nəşr ili | 2013 |
Nəşriyyat | Zərdabi LTD |
Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun “Əbdürrəhmanbəyli obası” adlı kitabı Azərbaycan xalqının etnogenezində, iqtisadiyyatında, maarif və mədəniyyətində önəmli rol oynayan Əbdürrəhmanbəyli obasının (Füzuli rayonu) həyat yolundan bəhs edir.
Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru Nazim Əlifov, rəyçiləri tarix elmləri doktoru, professor Nərgiz Quliyeva və tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Mahal Qacardır.
Kitabda bu nəsillə bağlı XVIII, XIX, XX yüzilliklərdə Qarabağda, xüsusilə Əbdürrəhmanbəyli obasında baş verən önəmli olaylar arxiv materialları və həyat salnamələri əsasında qələmə alınıb. Kəndin demoqrafik mənzərəsi yaradılıb. Kitab giriş və beş fəsildən ibarətdir.