Şəmşəddil sultanlığı (kitab)

Şəmşəddil sultanlığıƏnvər Çingizoğlunun Azərbaycanın bir bölgəsi olan Şəmşəddil mahalının tarixi haqqında yazdığı kitab.

Şəmşəddil sultanlığı
Müəlliflər Ənvər Çingizoğlu
Orijinalın dili azərbaycanca
Orijinalın nəşr ili 2012
Nəşriyyat Mütərcim
Səhifə 208

Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Mahal Qacar, rəyçilər tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri üzrə fəlsəfə doktorları Nərminə Məmmədova, Gültəkin Nəcəfli, Bəhram Məmmədli, məsləhətçi pedaqoji elmlər üzrə fəlsəfə doktoru Sabir Əlihüseynlidir.

Kitab Şəmşəddil sultanlığınınZülqədər elinin tarixindən bəhs edir. XVIII əsrin ikinci yarısında Azərbaycanın qərbində yaranan Şəmşəddil sultanlığı zaman-zaman Kartli krallığına, Gəncə xanlığına tabe olsa da, müstəqilliyini saxlamağa çalışıb. Kitabda müxtəlif illərdə çap olunmuş qaynaqlardan və arxiv materiallarından - XIX əsrin ikinci yarısında A. Berjenin redaktorluğu ilə Qafqaz Arxeoqrafiya komissiyasının topladığı 12 cilddən ibarət sənədlər toplusu (VIII cild), rus müəlliflərindən V.N.Leviatovun “XVIII əsrdə Azərbaycan tarixindən xülasələr” və s. əsərlərdən istifadə olunub.

Nəticə olaraq göstərilir ki, Şəmşəddil sultanlığı, Azərbaycanın digər xanlıqları kimi, mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində meydana gəlib. Feodal ara çəkişmələri, siyasi idarəetmənin zəifləməsi nəticəsində çar Rusiyasına tabe olmaq məcburiyyətində qalıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]


Xarici keçidlər[redaktə | mənbəni redaktə et]