Əbu Səid (əski əlifba ilə:ابوسعید) — qısa müddətli Qaraqoyunlu dövlətinin hökmdarı olmuşdur. Bundan əvvəl isə Ərzincan hakimi idi.[1]
Əbu Səid | |
---|---|
Əbu Səid Busat | |
1429 – 1431 | |
Əvvəlki | Qara İsgəndər |
Sonrakı | Qara İsgəndər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIV əsr |
Vəfat tarixi | |
Milliyyəti | Azərbaycan türkü |
Atası | Qara Yusif |
Dini | İslam, Şiə |
O, Qara Yusifin beşinci oğlu idi. Qardaşları Pirbudaq, İsgəndər xan, Cahanşah, Şahməhəmməd və İspənd idi.
Qara Yusifin oğlu Əbu Səid 1429-cu ildə Teymuri Şahruxun köməyi ilə Qaraqoyunlu dövlətinin hökmdarı olmuşdur. Atası Qara Yusifin dövründə o, Ərzincan hakimi olmuşdur. Qara Yusifin ölümündən sonra o, qardaşları İsgəndər və İspəndlə hakimiyyət uğrunda mübarizəyə başladı. Lakin bu mübarizədə məğlub olaraq Xorasana Teymuri Şahruxun yanına qaçdı. 1429-cu ilin 18 sentyabrında Qaraqoyunlularla Teymurilər arasında baş vermiş Salmas döyüşündə də Şahrux tərəfindən iştirak edən Əbu Səid sonda teymurilər tərəfindən qaraqoyunluların hökmdarı elan edilmişdir. Lakin o, 1430-cu ildə (və ya 1431) Şahruxun Xorasana getməsindən qısa müddət sonra qardaşı Qara İsgəndər tərəfindən öldürülmüşdür.[2]