Mahmudabad döyüşü — 1469-cu ildə Mahmudabad yaxınlığında baş vermiş döyüşdür. Döyüş Uzun Həsən və Teymuri hökmdarı Sultan Əbu Səid arasında baş vermişdir. Məğlubiyyətə uğrayan Teymuri dövləti ağır zərbə almış və İranda böyük torpaqlarını itirərək Xorasana çəkilmişdir.[1]
Mahmudabad döyüşü | |||
---|---|---|---|
Teymurilərin Azərbaycana yürüşləri | |||
Tarix | 4 fevral 1469 | ||
Yeri | Mahmudabad, Şimali Azərbaycan | ||
Səbəbi | Sultan Əbu Səidin Azərbaycanı ələ keçirmək üçün hücumu | ||
Nəticəsi | Ağqoyunluların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Qaraqoyunlu hökmdarı olan Cahanşahın 1467-cu ildəki ölümündən istifadə etməyə çalışan Teymuri Sultan Əbu Səid Qaraqoyunlu səltənətinin müdafiəsi bəhanəsi ilə güclü qoşun toplamağa başlamışdı. Onun əsil niyyəti isə bu bəhanədən istifadə edərək Azərbaycan, İraq və İranı ələ keçirmək idi. Uzun Həsənə elçi göndərən Əbu Səid məktubunda bildirirdi ki, Əmir Teymur vaxtındakı kimi Azərbaycan, İraq və İran torpaqları Teymuri hakimiyyətinə verilməli və Ağqoyunlu qoşunları bu torpaqları tərk etməlidirlər. Uzun Həsən anası Sara xatunu qiymətli hədiyyələrlə sülh üçün Əbu Səidin yanına göndərsə də Əbu Səid bu təkliflə razılaşmadı.[2]
1468-ci ildə Teymuri qoşunları Cənubi Azərbaycana daxil oldular. Qışlamaq üçün Əbu Səid ordusu ilə Qarabağa getdi. Lakin yem və azuqə qıtlığı üzündən Əbu Səid Mahmudabada çəkildi.[3] Mahmudabadda yerləşdikdən sonraa Əbu Səid dərhal ordusundakı heyvanların yemlənməsi üçün əmr verdi. Lakin buradakı bitkilərin zəhərli olması səbəbindən heyvanların bir hissəsi tələf oldu. Əvvəlcə ona ərzaq yardımı edən I Fərrux Yəsar və Şəki hakimlərinin də Əbu Səiddən üz döndərmələri onun vəziyyətini tamamilə pisləşdirdi. Bundan əlavə Uzun Həsən oğulları və sərkərdələrinin başçılığı ilə Teymuri ordusu üzərinə gecə basqınları edir, bir tərəfdən də talançılıqla Əbu Səidin vəziyyətini daha da pisləşdirməyə çalışırdı. Əbu Səidin cəbhəxanası da Əmir Ömər bəyin başçılığı ilə Ağqoyunluların əlinə keçdi. Sərkərdələrinin və oğullarının da xəyanətinə uğrayan Əbu Səid geri çəkilmək əmri verdi.[4]
Geri çəkilən 27 minlik Teymuri qüvvələrini təqib edən Ağqoyunlu qoşunu onları qəflətən yaxaladı. Yorğun və ac olan Teymuri qoşunu darmadağın edildi. Əbu Səid ələ keçirildi.[5] Nəhayət, müttəfiqlərin, əmirlərin, xüsusilə, Şirvan qazısının təkidi ilə Uzun Həsən onun məhvinə razı olub, Xorasan taxtını iddia edən Teymuri şahzadəsi Məhəmməd Yadigarın (1469-1470) sərəncamına göndərildi. O, da Əbu Səidi edam etdirdi.[3]