Qafar Əsgərzadə

Qafar Əsgərzadə (tam adı: Qafar Ələsgər oğlu Əsgərzadə d. 31 mart 1963, Azərbaycan, Bakı) — Tanınmış jurnalist, ssenarist, publisist, tərcüməçi, bədii qiraətçi, ictimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist[1], Rəyasət heyətinin məsul katibi, 2003-cü ildən isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti,[2] pedaqogika üzrə fəlsəfə doktoru.

Qafar Əsgərzadə
Qafar Ələsgər oğlu Əsgərzadə
Doğum tarixi (61 yaş)
Doğum yeri Bakı şəhəri, dağlı məhəlləsi
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Həyat yoldaşı Əsgərzadə Günay Elman qızı
Uşaqları Azadə Əsgərzadə, Ləman Əsgərzadə
Atası Əsgərzadə Ələsgər Qafar oğlu
Anası Nəzərli Nəcimə Əbdülcavad qızı
Milliyyəti azərbaycanlı
Təhsili Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutu, 1981-1986 ci il.
Fəaliyyəti Tanınmış jurnalist, ssenarist, publisist, tərcüməçi, bədii qiraətçi, ictimai xadim
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti"

Qafar Əsgərzadə 1963-cü il mart ayının 31-də Bakı şəhərində məşhur Dağlı məhəlləsində anadan olmuşdu. 1980-ci ildə Yasamal rayonundakı 158 №-li orta məktəbi, 1981-ci ildə Bakı şəhəri 60 №-li texniki məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1981-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunda baş texnik vəzifəsində çalışıb. 1981-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna indiki (Azərbaycan Texniki Universiteti) daxil olub. 1986-cı ildə Radiotexnika fakültəsini, İnstitutun İctimai fənlər fakültəsinin 5 illik jurnalistika kursunu bitirib. İnstitutda təhsil zamanı Radiotexnika Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində çalışıb.

2000-ci ildə Günay xanımla ailə qurmuş, bu birgə nigahdan onların 2 qız övladı dünyaya gəlmişdir.

  • Azadə Əsgərzadə
  • Ləman Əsgərzadə

Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi 1981-ci ildən müntəzəm olaraq "Bakı", "Azərbaycan müəllimi", "Bakinski raboçi", "Vışka", "Azərbaycan məktəbi", "Mədəniyyət və incəsənət" və başqa mətbuat vasitələrində ədəbiyyat və incəsənətimiz haqqında məqalələrlə çıxış etmişdir. 1986-cı ildə televiziya verilişləri hazırlamağa başlamışdır. 1986–1992-ci illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Azərrabitəlayihə" layihə-axtarış kontorunda mühəndis vəzifəsində çalışıb, gənclər təşkilatına rəhbərlik etmişdir. 1992-ci ildən bu günə qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışır. Ayrı-ayrı illərdə baş mütəxəssis; informasiya və mətbuat şöbəsinin müdiri; mətbuat katibi; mətbuat mərkəzinin rəisi; Beynəlxalq əlaqələr, mətbuat, informasiya, yayım, ictimaiyyətlə əlaqələr, miqrasiya və axtarış idarəsinin rəisi; Baş Katibin müavini, Baş Katib əvəzi, Sədr müavini vəzifələrində çalışıb.

Hal-hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, Rəyasət heyətinin məsul katibi, 2000-ci ildən Cəmiyyətin "Mərhəmət" jurnalının baş redaktorudur. 2000-ci ildən müxtəlif dövrlərdə Azərbaycan Texniki Universitetinin, Bakı Slavyan Universitetinin baş müəllimi olub. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi pedaqogika kafedrasının baş müəllimidir.[3] "Yuxarı sinif şagirdlərinin estetik mədəniyyətinin yüksəldilməsinə televiziya verilişlərinin təsiri" mövzusuna dair elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Mütəmadi olaraq dövri mətbuatda onun müəllifliyi ilə 200-ə yaxın bədii, publisistik və 10 elmi məqalə, bir neçə hekayə və esse çap olunub, eləcə də Milli Radioda neçə-neçə veriliş işıq üzü görüb. Milli Televiziyada Hüseyn Cavid, Cəfər Cabbarlı, Süleyman Rüstəm, Səməd Vurğun, Mikayıl Müşfiq, Əhməd Cavad, Məmməd Rahim, Mirmehdi Seyidzadə, Rüfət Zəbioğlu, Ələkbər Ziyatay, Hüseyn Arif, Ənvər Əlibəyli, Vladimir Qafarov, Hacıağa Nəzərli, Telman Hacıyev, Davud Aslan, Zeynəb Xanlarova, Nizami Rəmzi, Bəybala Abbasov, Eldar Eyvazov, Sabir Yusifov və s. həsr olunmuş televerilişlərin müəllifidir. 2008-ci il martın 18-də keçirilmiş Azərbaycan Respublikasında referendum üzrə "Vətəndaş Cəmiyyəti" təşviqat qrupundan vəkil edilmiş şəxs seçilib. Azərbaycan AzQAC Rəyasət Heyətinin, İdarəetmə Şurasının, Baş məclisin üzvüdür. Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa və Yasamal rayon bələdiyyəsi üzvlüyünə namizəd olub.

  • "Azərbaycan jurnalistikasının tarixi" (rus dilində)
  • "Ömür yollarında" (S.Yusifova həsr olunub)
  • "Nəğmələrdə döyünən ürək" (S.Rüstəmə həsr olunub)
  • 2 kitabın redaktoru: "Mərhəmətin ünvanı"

Redaktoru olduğu kitablar

[redaktə | mənbəni redaktə et]
  • "Mərhəmətin ünvanı"
  • "Qızıl Aypara Dünən, Bu gün, Sabah"
  • "Humanizm carçısı" mükafat laureatı (Mükafatı beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə təsis etmişdir.)
  • "Cəfər Cabbarlı" mükafat laureatı (klassik şair və ədiblərimizin yaradıcılığından bəhs edən silsilə verilişlərinə görə)
  • Azərbaycan Mətbuat Şurasının diplomu (2015-ci ildə Azərbaycan jurnalistikası tarixinin tədqiqindəki xidmətlərinə görə)
  • "Tərəqqi" medalı (2010-cu ildə)
  • "Əməkdar jurnalist" fəxri adı (2015-ci ildə)
  1. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-16.
  2. "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə çıxış etdi". 2018-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-16.
  3. AQAC-ın ADPU Bölməsinin İdarə Heyətinin illik hesabat-seçki konfransı keçirilib[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]