Əfşar imperiyasının parçalanması

Nadir şahın ölümündən sonra - 1756-cı ildəki vəziyyəti göstərən xəritə.

Əfşar imperiyasının parçalanmasıNadir şah Əfşarın 1747-ci ildə sui-qəsdlə öldürülməsindən sonra onun qardaşı oğlu Əliqulu xan (sui-qəsdi təşkil edənlərdən biri) taxt-tacı ələ keçirərək özünü Adil adı altında şah elan etdi. O, Nadir şahın bütün oğlanları və nəvələrinin edam edilməsi əmrini verdi, bircə istisna kimi isə Rzaqulu Mirzənin oğlu 13 yaşlı Şahrux sağ saxlanıldı.[1] Bu əsnada, Nadir şahın keçmiş xəzinədarı Əhməd şah Dürrani müstəqilliyini elan edərək Dürranilər imperiyasını yaratdı. Bundan sonrakı proseslərdə imperiyanın şərq torpaqları tədricən itirildi və hal-hazırda Dürranilər imperiyasının varisi olan Əfqanıstanın bir parçası halına gəldi. Osmanlı imperiyası qarışıqlıqdan yararlanaraq əvvəlki dövrlərdə Şərqi AnadoluMesopotamiyada Nadir şaha itirdiyi torpaqları geri qaytardı. Şimaldakı bölgələr isə fərqli tale yaşadılar. 1744-cü ildə Nadir şah tərəfindən sadiq xidmətlərinə görə[2] müvafiq olaraq Kaxetiyanın vəKartlinin kralı edilən II İrakliII Teymuraz qarışıqlıqdan yararlanaraq öz müstəqilliklərini elan etdilər. II İraklı II Teymurazın ölümündən sonra Kartli taxtına da sahib çıxdı və iki krallığı Kartli-Kaxetiya krallığı altında birləşdirdi.[3] Bu, üç əsrdən sonra ilk dəfə indiki şərqi Gürcüstanın birləşdirilməsi demək idi. Dövlətin mərkəzində tədricən qarışıqlığın durmadan artmasına görə o, Zəndlər dövründə də faktiki müstəqillik səviyyəsində olan muxtariyyətini qorumağa nail oldu.[4] Bu dağınıqlıq Qacar sülaləsi dövrünə qədər davam etdi. Qacarlar belə Qafqaz üzərindəki hakimiyyətlərini tam qura bilmədilər və Rusiya imperiyası ilə olan müharibədə məğlub oldular.[5] Nadir şahın ordusunun çəşhur sərkərdələrindən biri olan və Hindistan yürüşündə iştirak edən Azad xan Əfqan da müəyyən torpaqları öz hakimiyyəti altına almağı bacardı. Azad xan bundan sonr İsfahanı və Şirazı almağa çalışdı. 1758-ci ildə isə mübarizəni Kərim xan Zəndə uduzdu. Bəxtiyari və Zənd tayfaları öz ənənəvi bölgələrinə geri döndülər və qərbi İran bölgəsi uğrunda qonşuları ilə mübarizəyə başladılar. Həm cənubi, həm də şimali Azərbaycan torpaqlarında xeyli sayda kiçik xanlıqlar yarandı. Bunlardan bəziləri (Qarabağ, Urmiya, Şəki, Quba) Azərbaycanı birləşdirməyə çalışsa da, sonda uğursuz oldular. Nəticədə şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə keçdi, Cənubi Azərbaycan isə Qacar imperiyasını tərkibində qaldı. İran körfəzi ətrafındakı müxtəlif ərəb şeyxləri də mərkəzi hakimiyyətin zəifləməsindən yararlandılar və öz müstəqilliklərini elan etdilər. Ən seçilən şeyxlər arasında Bəndər Rigli Mir Muhanna, Bəndər Buşehrli Şeyx I Nasir, Qeşm və Hörmüzün şeyxi Əbdülşeyx Banu Main var idi. Huvala tayfası isə Bəndər Kanqandan Bəndər Lengəhə qədərki əraziləri idarə etməkdə idilər.[6] Nəhayət, Oman və Buxaranın, Xivənin özbək xanlıqları öz müstəqilliklərini bərpa etdilər. Əfşar imperiyası isə öz varlığını Xorasanda davam etdirməkdə idi və paytaxtı Məşhəd şəhəri idi. Zəndlərin sürətlə yüksələn hakimiyyəti fonunda Kərim xan Zənd Əfşar sülaləsi üzvlərinə Xorasanda mövcudiyyətlərini davam etdirməyə göz yumdu. Kərim xan Zənd bunu Nadir şaha olan hörməti ilə əlaqələndirməkdə idi. Əfşarların buradakı hakimiyyəti Qacarların taxt-tacı tam olaraq ələ aldığı dövrə qədər davam etdi.

Əfşar imperiyasınnı varis dövlətlərinin siyahısı

[redaktə | mənbəni redaktə et]

Zəndlər

Azərbaycan xanlıqları

Dürranilər imperiyası

Kartli-Kaxeti çarlığı

Gilan xanlığı

Bəxtiyarilər

Səfəvilər (yalnız de-yure)

Maymana xanlığı

Xozeymə əmirliyi

Nişapur xanlığı

  1. Cambridge History of Iran. Cambridge: Cambridge University Press. səh. 59.
  2. Ronald Grigor Suny. The Making of the Georgian Nation. Indiana University Press. 1994. səh. 55. ISBN 978-0253209153.
  3. Ehsan Yar-Shater. Encyclopaedia Iranica. Routledge & Kegan Paul. səh. 541.
  4. Fisher və başqaları, 1991. səh. 328
  5. Timothy C. Dowling. Russia at War: From the Mongol Conquest to Afghanistan, Chechnya, and Beyond. ABC-CLIO. 2014. səh. 728-729. ISBN 1598849484.
  6. Willem Floor. The Persian Gulf: The Rise of the Gulf Arabs, The Politics of Trade on the Persian Littoral 1747-1792. Mage Publishers. 2007. ISBN 1933823186.