Məlumatı yoxla. Bu məqalədə verilən faktların dəqiqliyini və məlumatların etibarlılığını yoxlamaq lazımdır. Müzakirə səhifəsində aydınlaşdırılmalıdır. |
Bu səhifənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Əflatun Mürsəl oğlu Həsənov- 1959-cu ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
Prof. Dr. Əflatun Həsənov | |
---|---|
Əflatun Mürsəl oğlu Həsənov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Gürcüstan, Faxralı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Fizik, Biofizik, Biokimyaçı |
Fəaliyyəti | SOCAR-ın törəmə şirkəti olan Ekol Mühəndislik Xidmətləri QSC- nin Ekologiya İdarəsinin Rəisi |
Elmi dərəcəsi | professor |
Mükafatları |
Radiasiya fizikası və kimyası, hidrogen energtikası və plazma fizikası sahəsində çıxan əsərlərimə, ixtiralarıma görə 2010‐cu ildə ABŞ‐ın "Qızıl" medal ABŞ Bioqrafiya İnstutunun Platin və İridiumdan hazırlanmış "Dünyanın səfiri" ordeni |
lifestore.az |
1983‐2003‐cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasında - Bio Mərkəzdə, Fizika və Radiasiya Problemləri İnstitutlarında müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, 13 il kimyəvi‐fizika laboratoriyasına rəhbərlik etmişdir. 1985‐ci ildə aspiranturaya daxil olmuş və Leninqrad Dövlət Universitetində (indiki Sankt‐Peterburq) və Moskvada yerləşən Kurçatov Elmi-tədqiqat mərkəzi ilə əməkdaşlıq formatında, Atom reaktorlarında və Kosmik texnologiyalarda istifadə olunan materiallarda baş verən fiziki və kimyəvi prosesləri tədqiq etmişdir. Elmi‐tədqiqatlarını vaxtıdan əvvəl yekunlaşdıraraq 26 yaşında namizədlik, 31 yaşında isə Doktorluq dissertasiyaları müdafiə etmişdir. Nanotexnologiyanın tətbiqi ilə çalışan bir ixtirası ABŞ Dövlət Departametinin, Kanadanın, Yaponiyanın və Almaniyanın maliyyə dəstəyi ilə həyata keçirilmiş və bu Dövlətlərə təqdim olunmuşdur. 2003‐cü ildən isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xeyir‐duası ilə Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktoru vəzifəsinə təyin edilmişdir. Baş direktor olduğu beş il ərzində Beynəlxalq Astronavtlar Federasiyasına üzv seçilmiş, Rusiyanın və XXI əsrin gənc alimi Beynəlxalq Diplomuna layiq görülmüşdür. Baş direktor olduğu dövrdə ilk dəfə olaraq Azərbaycana kosmik məlumatların yerüstü qəbuledici SCANEX kompleksini gətirməyə nail olmuşdur. Yerli və xarici jurnallarda çap olunan əsərlərinə, kitablarına, ixtiralarına, elmi‐pedaqoji fəaliyyətlərinə, o cümlədən, 12 elmlər namizədi və 2 elmlər doktoru yetişdirdiyinə görə 2004‐cü ildə Professor adına layiq görülmüşdür. 2008‐ci ildən isə SOCAR‐ın Ekologiya İdarəsində rəis müavini, Böyük Britaniyanın BP şirkətində konsultant və SOCAR‐ın Elmin İnkişafı Fondunun meneceri vəzifələrində çalışmışdır. Bir çox mükafat və təltiflərə layiq görülmüşdür. Radiasiya fizikası və kimyası, hidrogen energetikası və plazma fizikası sahəsində çıxan əsərlərinə, ixtiralarına görə 2010‐cu ildə ABŞ‐ın Bioqrafiya institutunun "Qızıl" medalına, Platin və İridiumdan hazırlanmış "Dünyanın səfiri" ordeninə layiq görülmüşdür. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin tərəqqi medalına layiq görülmüşdür. 150‐dən çox yerli və xarici jurnallarda çap olunmuş elmi məqalələri, o cümlədən, 13 patenti, 7-kitabı vardır. Həmçinin, 3-kitabı ingilis dilinə tərcümə olunaraq hal-hazırda "Amazon" platformasında satışdadır. Patentlərdən biri Rusiyada xususi "AQVA PLATON" brendi ilə Rusiyanın "Kvanta+" şirkəti tərəfindən sertifikatlaşdırılaraq kütləvi şəkildə müxtəlif obyektlərə quraşdırılır. Başqa bir patent isə mobil telefonlar və komputerlərə aid olan proqram təminatı ilə bağlıdır. Yaxın zamanlarda onun Azərbaycanda və dünyada, xüsusən ABŞ‐da, Rusiyada və Türkiyədə tətbiqi gözlənilir. Bu layihə üzrə müvafiq sənədlər həm də ABŞ və Avropa patenti almaq üçün təqdim olunmuşdur. Bütövlükdə isə onun elmi tədqiqat işlərinin içərisində ən çox sevdiyi istiqamət insan sağlamlığı ilə bağlı məsələlərdir. 2017-ci ildən Türk Dilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Vitse-Prezidentidir. 2018-ci ildən Dünya şairlər və yazıçılar ittifaqının üzvüdür. 2022-ci ildən isə SOCAR-ın törəmə şirkəti olan “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya idarəsinin rəis müavini, sonralar isə rəisi təyin edilmişdir. Hal-hazırda həmin idarənin rəisi vəzifəsində çalışır. Prof. Əflatun Həsənovun Elmi və praktiki işləri davam edir.