Əfqanıstan–Özbəkistan sərhədi — uzunluğu 144 kilometr (89 mil) olan Özbəkistanın xarici dövlətlərlə sərhədlərinin ən qısası. Amudərya çayı boyunca Türkmənistanla sərhəd qovuşuğundan Tacikistanla sərhəd qovuşuğuna qədər uzanır.[1]
Əfqanıstan–Özbəkistan sərhədi | |
---|---|
Xüsusiyyətləri | |
Dövlətlər | |
Uzunluğu |
|
Sərhəd bütövlüklə Amudərya çayının talveqi üzrə keçir, qərbdəki türkmən sərhədi qovuşuğundan şərqdəki tacik qovuşuğuna qədər. Sərhəd Özbəkistan tərəfdən avtomobil və dəmir yolları ilə keçir, Özbəkistanın Termez şəhərinin şərqində isə əsas keçid məntəqəsi yerləşir.[2]
Özbəkistan sərhəd boyunca iki hasardan ibarət sədd qoyub: biri tikanlı məftillərdən ibarətdir, ikincisi isə daha hündürdür, oranı elektrikli tikanlı məftillər (380 volt), minalar və silahlı Özbəkistan əsgərlərinin patrulları qoruyurlar.[3][4]
Sərhəd keçmiş Sovet İttifaqı ilə Əfqanıstan arasındakı sərhəddən sonra bu şəkildə qalıb. Sərhəd mövcud formasını əsasən Böyük Oyun adı ilə tanınan 19-cu əsrdə Orta Asiyada İngiltərə-Rusiya rəqabəti dövründə almışdır. Rusiya İmperiyası Xivə xanlığı və Buxara əmirliyini fəth etdikdən sonra və Britaniya İmperiyası Britaniya Hindistanını idarə etdiyi zaman, iki dövlət Əfqanıstanı aralarında olan müstəqil bufer dövləti statusunda qalmasını qərara aldılar.
1873-cü ildə Böyük Britaniya və Rusiya sərhədin xülasəsinə dair razılığa gəldilər: Amudərya Hvaja Salar kəndindən Zorku gölünə qədər şərq sərhədi elan edildi, Vahan dəhlizi isə Əfqanıstanda qaldı. Sərhədin qərb hissəsi (yəni müasir Əfqanıstan-Türkmənistan sərhədinin çox hissəsi) sərhəd komissiyası tərəfindən daha sonra təyin olunmalı idi.[2]
Ruslar 1880-ci illərin əvvəllərində sərhədlərini indiki Türkmənistana qədər genişləndirdikləri üçün gərginlik artdı və Əfqanıstanın iddia etdiyi ərazi Pencdede (indiki Türkmənistanın Sandıkaçi şəhərinin yaxınlığında) döyüş baş tutdu. Müzakirələr vəziyyəti yumşaltdı və bir araya gələn İngiltərə-Rusiya sərhəd komissiyası 1885–88-ci illərdə sərhədləri təyin etdilər, hansı ki müasir zamanın sərhədləri ilə eynidir. Hvaja Salar kəndi artıq müəyyən edilə bilmədiyi üçün, sərhəd Amudəryanın Əfqanıstanın Hamiab yaxınlığındakı keçdiyi əraziyə uyğun olunması qərara alındı.[2]
1921-ci ildə Sovet-Əfqanıstan müqaviləsi bağlandı və ona əsasən Rusiya "Əfqanıstanda yaşayan əhalinin ədalət və öz müqəddəratını təyinetmə prinsiplərinə riayət etməklə keçən əsrdə Əfqanıstana aid olan sərhəd bölgələrini" verməyə razı oldu. Lakin, bu razılaşma heç vaxt yerinə yetirilmədi və 1946-cı il tarixli Sərhəd Sazişi ilə ləğv edildi. Sərhədlər olduğu kimi çay adaları üzərində qaldı, hansılar ki sonradan ortaq komissiya tərəfindən bölüşdürüldü.[2]
1979-cu ildə 40-cı ordunun sovet qoşunları Əfqanıstan müharibəsi çərçivəsində Məzari-Şərif və Kabilə çatmaq üçün pontonlar vasitəsilə Termez sərhədini keçdilər.[5] Daha sonra onlar 1982-ci ildə rəsmi olaraq açılan Dostluq körpüsü inşa etdilər, lakin strateji əhəmiyyəti onun mücahid üsyançılarının hədəfinə çevrilməsinə səbəb oldu.[6] Sovet ordusu 1989-cu ildə bu körpü üzərindən Əfqanıstanı tərk etdi.
Körpü 1997-ci ildən 2001-ci ilə qədər Özbəkistanın talibançıların üsyanın yaranması narahatlığına görə bağlandı, 2001-ci ildə Talibanın məğlubiyyətindən sonra yardım məqsədləri ilə yenidən açılmışdır.[7] 2018-ci il üçün bura Özbəkistan və Əfqanıstan arasındakı yeganə sabit keçid olaraq qalır.