Əfqanıstanizm – yerli məsələləri iqnor etməklə dünyanın digər və uzaq hissələrində olan problemlər üzərində diqqəti cəmləmək deməkdir.[1][2] Digər kontekstlərdə isə termin "ümidsiz gizli və lazımsız təqaüd",[3]
"ekzotika ilə doğlu cazibə, uzaq torpaqlar",[4] və ya "Gözə görünməz və sənin mövcudluğundan heç xəbəri belə olmayan rəqibin üzərinə yumruq silkələmək və qışqırmaq, hansı ki sənin qəzəbindən xeyli kiçikdir."[5] mənalarında işlənir.
Konsepsiyanın bir neçə tətbiqi var.[6]
Bir tərəfdən o Şimali Amerikajurnalistikasında uzaq yerlərdə baş vermiş və yerli oxuculara maraqlı olmayan hadisələrlə bağlı qəzet məqalələrinə aid edilib. Digər tərəfdən isə bəzi yazarlar deyir ki, "Əfqanıstanizm" – bir çox redaktorların çətin lokal xəbərlərdən yayınaraq uzaq yerlərdə baş vermiş hadisələr barəsində fikir yazması tendensiyası idi.[7]
İcmalçı Cou Kleyn Taym (ing. Time) jurnalında 2010-cu ildə yazırdı ki, bu termin XIX əsrdə, "Britaniya mətbuatı Əfqanıstanizm terminini daxili prioritetləri nəzərə almadan xarici müharibələrə hədsiz çox pul xərclənməsi kimi adlandırdığı zaman yaranıb" və əlavə edir ki, "Əfqanıstanizm ABŞ-da milli debata çevrilməyə başlayıb: Əfqanıstanda yolların və polis məntəqələrinin tikilməsi eyni şeyləri özümüzdə etməkdən daha əhəmiyyətlidirmi?"[9]
Əfqanıstanizm, bildiyiniz kimi, yaxınlıqda həll olunmalı məsələ vacib olduğu halda, uzaq ölkə, yer, şəxs və ya problemə diqqəti yönəltmək təcrübəsidir. Siz professordan burada soruşursunuz ki, "Bəs tüstü hardandır?" və o cavab verir ki, "Siz Əfqanıstandakı böhran barədə eşitmisiniz?"[10]
1973-cü ildə konsepsiya envayronmentalizmə də uyğunlaşdırıldı, jurnalist tədqiqatçılar Stiven Hungerford və Ceyms Lemert bunu "yerli problemlər olduğu halda uzaq cəmiyyətlərdəki ətraf mühitlə bağlı problemlərlə məşğul olmaq" adlandırdılar.[11] Bu müşahidə 2004-cü ildə B.A. Talebin fikri ilə əks-səda saldı: o, bunu "ətraf mühitlə bağlı problemlərin yerini öz cəmiyyətində mövcudluğunu iqnor edərək onların yerini uzaqlara dəyişmək" adlandırdı[12]
Xəbər biznesinin başlıca missiyası uzaqdan gələn problem barədə ictimaiyyətə və həmin problemlə əlaqəli şəxslərə xəbərdarlıq siqnalı rolunu oynamaqdır. O inandırıcı yolla işləməlidir, bu da o deməkdir ki, xəbər təşkilatları jurnalistləri hazırlamalı və maarifləndirməlidir ki, onlar dünyanın müxtəlif hissələri ilə savadlı şəkildə işləyə bilsinlər.[15]
Naomi Ishizaki, "Editor's Note: Afghanistanism," ColorsNW.[ölü keçid] "Since the 1970s, the term 'Afghanistanism' was used in U.S. newsrooms to describe regions of the world that were so remote and foreign, there was no reason to report about them because Americans had no interest in their people and events."
Jeff Simon, "A Great Day for Couric and CBS News" (commentary), Buffalo News, October 9, 2009. "Afghanistanism . . . was, according to a journalistic elder a few decades ago, the perfect word to describe lengthy journalism about some absurdly far-flung place . . . that couldn’t possibly matter to a reader or TV watcher as much as a new carpet store in your favorite plaza or a local church deacon busted for cleaning out the rectory safe."