Əfrand Daşdəmirov

Əfrand Firudin oğlu Daşdəmirov (12 mart 1942, Bakı7 aprel 2015, Moskva) — AMEA-nın müxbir üzvü (1983), AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru.[1]

Əfrand Daşdəmirov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
31 mart 1990 – 14 sentyabr 1991
Birinci katibAyaz Mütəllibov
Şəxsi məlumatlar
Doğum tarixi 12 mart 1942(1942-03-12)
Doğum yeri
Vəfat tarixi 7 aprel 2015(2015-04-07) (73 yaşında)
Vəfat yeri
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi fəlsəfə
Elmi dərəcəsi
Elmi adı akademik

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir[2].

1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" (rus. "Национальные моменты индивидуального сознания") namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" (rus. "Национальные и интернациональные формы социального бытия личности") adlı doktorluq dissertasiyasını müdafiə edir.[3]

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.[1]

1976-cı ildə onun "Millət və şəxsiyyət" (rus. "Нация и личность") adlı monoqrafiyası işıq üzü gormüşdür. 1984-cü ildə “Marksist-Lenin millət və milli münasibətlər nəzəriyyəsində şəxsiyyət problemləri” (rus. "Проблемы личности в Марксистко-Ленинской теории нации и национальных отношений") adlı 1996-cı ildə isə "Cəmiyyətşünaslığın nəzəri-metodoloji məsələləri" (rus. "Теоретико-методологические проблемы обществоведения") adlı monoqrafiyaları çıxmışdır. 2000-ci ildə “Rusiya və Azərbaycan: tarix və müasirlik” [«Россия и Азербайджан: история и современность»], 2001-ci ildə “Qafqazarası münasibətlərin ideoloji problemləri” [«Идеологические проблемы меж кавказских отношений] əsəri, həmin ildə “Milli ideya və etniklik” [«Национальная идея и этничность»] kitabı ikinci dəfə dərc edilmişdir. 2005-2008-ci illlərdə “Qarabağ münaqişəsi yenidənqurma kontekstinə” [«Карабахский конфликт в контексте перестройки»], 2008-ci ildə "Millət tarixin kəskin dönümündə” [«Нация на крутом повороте истории»] adlı kitablar işıq üzü görmüşlər.[3]

O, 8 monoqrafiyanın və 200-dən artıq elmi əsərin müəllifidir. Ə.F.Daşdəmirovun "Milli münasibətlərin sosioloji strukturu", "Şəxsiyyət və millət", "Milli ideya və etniklik", "Cəmiyyətşünaslığın nəzəri-metodoloji problemləri: yeni yanaşmalar haqqında qeydlər və düşüncələr" və b. nəşri tarixindən asılı olmayaraq, bu gün də öz aktuallığını saxlamaqdadır.[1]

  • Советский народ - интернациональная общность людей (Sovet xalqı insanların beynəlmiləl birliyidir). Баку: Азернешр, 1974;
  • Современный этап развития национальных отношений в СССР. Баку: Элм, 1974;
  • Нация и личность. Баку: Элм, 1976;
  • Советский народ: некоторые философско-социологические проблемы единства новой исторической общности (Sovet xalqı: yeni tarixi birliyin bəzi fəlsəfi-sosioloji problemləri. Баку: Азернешр, 1977;
  • Qan qohumluğundan güclü. Bakı: Azərb. SSR "Bilik" Cəmiyyəti, 1982;
  • Проблема личности в марксистско-ленинской теории нации и национальных отношений (Marksizm-leninizmin millətlər və milli münasibətlər nəzəriyyəsində şəxsiyyət problemi). Баку: Азернешр, 1984;
  • Идеологическая работа: действенность пропаганды и агитации (из опыта партийных организаций Азербайджана по обеспечению выполнения планов партии, задач хозяйственного строительства) (İdeoloji iş: təbliğatın və təşviqatın təsirliyi (partiyanın planlarının, təsərrüfat quruculuğu vəzifələrinin yerinə yetirilməsi sahəsində Azərbaycan partiya təşkilatlarının təcrübəsindən). Баку: Азернешр, 1985 (həmmüəlif);
  • Азербайджан. Москва: Изд-во Агентства печати "Новости", 1987;
  • Теория и практика нравственного воспитания. Баку: Элм, 1987 (həmmüəlif);
  • Национальная идея и этничность (азербайджанская идея в этнокультурном интерьере). Москва: ИЭА, 1996;
  • Millət və cəmiyyət tarixin sərt dönəmlərində. Bakı: Elm, 2008.

Əfrand Daşdəmirov 2 dəfə "Qırmızı Əmək Bayrağı" və "Dövlət" ordeni ilə təltif edilmişdir[4].

  1. 1 2 3 Əliağa Məmmədli. "Məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyətdə" (az.). anl.az. 2012. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
  2. "Akademik Əfrand Daşdəmirovun 70 yaşı tamam olur". AMEA (az.). science.gov.az. 06.03.2012, 17:13. İstifadə tarixi: 2014-07-10.[ölü keçid]
  3. 1 2 "ƏFRAND DAŞDƏMİROV - 70 İLLİYİ MÜNASİBƏTİLƏ". Şərq Fəlsəfəsi Problemləri (az.). orientalphilosophy.org. 23-06-2013, 01:56. 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
  4. "Əfrand Firudin oğlu Daşdəmirov". AMEA (az.). science.gov.az. 2011. 2014-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
  1. Əliağa Məmmədli, Məhsuldar elmi, pedaqoji və ictimai fəaliyyətdə, "Elm". - 2012.- 30 aprel.- Səh.14.