Əhməd Mehbalıyev

Əhməd MehbalıyevBirinci Qarabağ müharibəsi şəhidi, Azərbaycan bayrağı ordeni mükafatçısı.[1]

Əhməd Mehbalıyev
Əhməd Suliddin oğlu Mehbalıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1968(1968-09-01)
Doğum yeri
Vəfat tarixi 25 iyun 1993(1993-06-25) (24 yaşında)
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1989–1993
Rütbəsi Baş leytenant
Vəzifəsi Taqım komandiri
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Əhməd Suliddin oğlu Mehbalıyev 1968-ci il sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub.

Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş və buradakı təhsilini bitirdikdən sonra ali hərbi təhsil almaq üçün Kazana yollanmışdır. Buradakı Kazan Ali Tank Məktəbini 1989-cu ildə bitirmişdir.

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

1989-cu ilin 22 iyulunda ali hərbi təhsilini tank komandiri kimi leytenant rütbəsi alaraq bitirmişdir. Daha sonra o, Kiyevdə, Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında xidmət etmişdir.

Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

Qarabağ müharibəsi başlayanda Ə.Mehbalıyev Azərbaycana geri dönmüşdür. Qarabağ müharibəsində ilk döyüşünü Şuşada keçirmişdir. Şuşanın müdafiəsi zamanı xeyli erməni tankını məhv etmişdir. Bundan sonra taqım komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər, Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak etmişdir.

25 iyun 1993-cü ildə Ağdamın Qızıl-Kəngərli kəndində, texnika cəhətdən üstün olan erməni silahlı dəstələri ilə gedən qızğın döyüşlərdə şəhid olmuşdur.[1]

2018-ci ilin sentyabr ayının 1-də Əhməd Mehbalıyevin 50 illiyi qeyd edilmişdir. Birinci Qarabağ müharibəsi şəhidlərinə həsr edilmiş bir çox kitabda onun haqqında məlumat vardır.

Qaraçuxur qəsəbəsində onun adını daşıyan küçə vardır.

Əhmədin komandiri baş leytenant P. Mahmudov onun sonuncu döyüşü haqqında danışanda bunları deyib:[1]

" Bir il idi ki, birlikdə vuruşurduq. Çox komandirlər görmüşdüm, amma tank komandiri Əhməd Mehbalıyev kimi özünü odun-alovun içinə atanı görməmişdim. Elə bil ki, sıravi döyüşçü idi. Dəfələrlə çıxılmaz vəziyyətdə qalan taqımı səriştəsi və bacarığı hesabına itkisiz xilas etmişdi. Heç vaxt özünü gözləmirdi. Elə o axırıncı döyüşdə də kişi kimi döyüşdü. Ağır yaralansa da, döyüşdən çıxmırdı. Ağdamın Qızıl-Kəngərli kəndindəki döyüşü daha ağır keçdi. Düşmən həddən artıq güclü texnika ilə hücuma keçmişdi. Əhməd idarə etdiyi tankla bir neçə saat bu hücumun qarşısını ala bilsə də, özü barədə düşünmədi. Sentyabr ayında 25 yaşı tamam olacaqdı, onu vaxtsız itirdik... "

Əhməd Mehbalıyev Azərbaycan Respublikası Prezidentinin 25 iyun 1994-cü il tarixli fərmanı ilə Azərbaycan bayrağı ordeninə layiq görülüb.[1]

  1. 1 2 3 4 "Saysız erməni tankını sıradan çıxaran peşəkar zabit əhməd Mehbalıyev anılıb" (azərb. ‎). cbc.az. 01 sentyabr 2018. 2018-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-29.