Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani — orta əsr Azərbaycan memarı.[1][2] Naxçıvan-Marağa memarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Əhməd Naxçıvaninin dövrümüzə iki əsəri gəlib çatmışdır. Onlardan biri "Nüşabə qalası" kimi də tanınan Bərdə türbəsi (1322), digəri isə, Qudi xatunun şərəfinə inşa edilmiş, Qarabağlar türbə kompleksidir (XIV əsrin 30 – cu illəri).
Əhməd Naxçıvani | |
---|---|
Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani | |
Doğum tarixi | XIII əsr |
Doğum yeri | Naxçıvan |
Vəfat tarixi | XIV əsr |
Fəaliyyəti | memar |
Qarabağlar türbəsinin şimal tərəfindəki baştağın tünd bənövşəyi rəngli kaşı yerliyi üzərində nəsx xətti ilə memar öz adını yazmışdır. Binanın kompozisiya həlli, ayrıntıların diqqətlə işlənməsi, həndəsi və yarımhəndəsi quruluşu. Çoxrəngli kaşı ornamentlərin tətbiqi, kitabələrdən bəzək vasitəsi kimi istifadə edilməsi Əhməd Naxçıvaninin yaradıcılıq üslubu üçün səciyyəvidir. Ümumi quruluşunun fərdi cəhətləri ilə fərqlənən Axsadan baba türbəsinin (Bərdə şəhəri) də memarının Əhməd Naxçıvani olduğu güman edilir.[1]
AḤMAD B. AYYŪB ḤĀFEẒ, 7th-8th/13th-14th Azerbaijani architect, one of the best representatives of the architectural school of Naḵǰavān. He constructed in Barda (Barḏaʿa) a mausoleum, completed in 722/1322 according to the building inscription.