Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Axsadan baba türbəsi — Bərdə rayonunda yerləşən və XIV əsrdə tikilmiş türbə.
Axsadan baba türbəsi | |
---|---|
40°22′50″ şm. e. 47°07′22″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bərdə |
Yerləşir | İsmət Qayıbov küç. |
Memar | Əhməd ibn Eyyub |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 209 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Axsadan baba türbəsi xüsusi tarixi əhəmiyyət kəsb edir. Türbənin yalnız yeraltı hissəsi qalıb. Sərdabənin altıpərli yastı günbəzi var. Pərlər kəsmə daşdan quraşdırılıb, zəngin ornamentlərlə bəzədilib. Taxçalardakı kaşı üzlüyündə çoxgüşəli və ulduzşəkilli naxışlar var. Kitabələri dağıdılıb. XX əsrin əvvəlində bolşevik-daşnak istilası dövründə Bərdənin əslən erməni olan rayon İcraiyyə Komitəsinin sədri Xaçımovun və bir erməni memarın göstərişi ilə Axsadan baba türbəsi tamamilə sökülüb, söküntüdən çıxan kərpicləri və qəbristanlıqdakı baş daşlarını əridib əhəngə çevirərək Bərdədə indi köhnə mehmanxana deyilən binanı tikiblər. Məlumata görə, Axsadan baba türbəsinin şəkli XX əsrin əvvəlində rus rəssamı tərəfindən çəkilmiş və indi Azərbaycan tarixi muzeyindədir.
Buradakı İmamzadə məscidinin divarlarına bitişik bir sinə daşı da var. Bu daşın üzərində əski əlifba ilə və rusca "Здесь покоится Мамед бек Джеваншир" yazılıb. Maraqlı cəhət odur ki, ermənilər sovet dövründə Axsadan baba türbəsindəki digər qəbirləri dağıdarkən bu sinə daşının üzərində rusca yazılan hissədə Məhəmməd bəy Cavanşirin ölüm və doğum tarixini pozublar.