Əhməde Həpo

Əhməde Həpo[1] (22 may 1933, Qəmərli rayonu) — Azərbaycan yazıçısı və publisisti, "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin qurucusu.

Əhməde Həpo
Doğum tarixi 22 may 1933(1933-05-22) (90 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti yazıçı

Həyatı[redaktə | mənbəni redaktə et]

Əhməde Həpo 22 may 1933-cü ildə Ermənistan SSR-nin Qəmərli rayonunun Şırran kəndində anadan olmuşdur. Mənşəcə kürddür. Onun ailəsi İosif Stalinin dövründə həyata keçirilən repressiyalar səbəbilə 10 il sürgündə olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə Əhməde Həpo evindən didərgin olmuş, Azərbaycanın Yevlax rayonunda məskunlaşmışdır. Ali təhsil almaq üçün Bakıya gələn Əhməde Həpo dövri mətbuatda müntəzəm çıxış etmiş, sonradan Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə çalışmışdır. O, kürd folklorunun toplanması və nəşr edilməsində böyük xidmətlər göstərmişdir. Əhməde Həpo "Yara", "Qanlı göz yaşları", "Evsiz yolçu", "Ömür çiçəkləri" kimi 10 kitab müəllifidir.[2] Onun əsərləri kürd dilində də nəşr olunmuşdur.[3]

Azərbaycanda müstəqillik elan olunduqdan sonra Əhməde Həpo "Ronahi" Kürd Mədəniyyət Mərkəzini yaratmış və ona rəhbərlik etmişdir. Bu illərdə, o, həm də Mehdi Hüseyn, Mirzə İbrahimov, İlyas Əfəndiyev və digər yazıçılarımızın əsərlərini kürd dilinə tərcümə etmişdir. Əhməde Həpo "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində kürd dilində efirə gedən "Kürdün səsi" radio verilişinin rəhbəri və eyniadlı qəzetin baş redaktoru kimi fəaliyyət göstərmişdir.[2] O həmçinin, Azərbaycandakı kürd icmasının ağsaqqalıdır.[4][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "AZƏRBAYCAN YAZIÇILARI". Azərbaycan Dövlət Tərcümə Mərkəzi (az.). 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
  2. 1 2 "Yazıçı Əhməde Həponun 80 illik yubileyi qeyd olunmuşdur". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 22 may 2014. 9 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
  3. ""HƏR BİR XALQIN MİLLİ MƏNSUBİYYƏTİ ONUN QÜRUR MƏNBƏYİDİR"". Diplomat (az.). 127 (16). 1–8 iyul 2011. səh. 3.
  4. "Azərbaycan multikulturalizminə həsr olunmuş növbəti kitab çapdan çıxıb". Multikultural Azərbaycan (az.). 26 noyabr 2019. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.
  5. "Azərbaycanda yaşayan xalqların nümayəndələrindən". Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (az.). 10 noyabr 2020. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2022.