Qisas (film, 1991)

Kino əsəri tamaşaçılara, xüsusilə gənc nəslə humanist hisslər aşılayır, insanların bir-birinə kömək əli uzatmalarının, yardım etmələrinin vacibliyindən danışır.

Qisas
Fayl:Qisas (film, 1991).jpg
Janr dram
Rejissor Yusif Əlizadə
Ssenari müəllifi Bəxtiyar Vahabzadə
Baş rollarda Ələddin Abbasov — Xalıq
Tofiq Bayramov — Musaxan
Əliqulu Səmədov — Əjdər
Sofa Bəsirzadə — Tükəz qarı
Operator Rafiq Əliyev
Bəstəkar İdris Zeynalov
Rəssam Rafiz İsmayılov
İstehsalçı "Debüt" Studiyası
İlk baxış tarixi 1991
Filmin növü qısametrajlı bədii film
Müddət 28 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1991
Texniki məlumatlar 3 hissə
760,2 metr
35 mm
Rəng rəngli

Filmdəki hadisələri tamaşaçılar ucqar dağ kəndinin qoca ağsaqqalının gözü ilə görür. Xalıq kişinin (Ələddin Abbasov) özü və onun nisbətən cavan nəsildən olan yerliləri ilə tanış olurlar. Hadisələrin inkişafı prosesindən aydın olur ki, cəmiyyətin içində yaşamaq hələ bu cəmiyyətin üzvü olmaq demək deyil, bunu son öz əməlinlə, öz hərəkətlərinlə sübut etməlisən.

Film Yusif Əlizadənin quruluşçu rejissor kimi kinoda ilk işidir.

Film şair və dramaturq Bəxtiyar Vahabzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Quruluşçu rejissor: Yusif Əlizadə
Ssenari müəllifi: Bəxtiyar Vahabzadə
Quruluşçu operator: Rafiq Əliyev
Quruluşçu rəssam: Rafiz İsmayılov
Bəstəkar: İdris Zeynalov
Səs operatoru: Teymur Abdullayev
Ələddin Abbasov — Xalıq
Tofiq Bayramov — Musaxan
Əliqulu Səmədov — Əjdər
Sofa Bəsirzadə — Tükəz qarı
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 367.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]