Əl-Bab hadisəsi — 2017-ci ildə Suriyanın Əl-Bab şəhəri yaxınlıqlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tupolev Tu-22M-nin səhvən Türkiyə qoşunlarına hücumu. Hadisə nəticəsində 3 Türkiyə hərbçisi həlak olmuş, daha 11-i yaralanmışdır.[1]
2017-ci il Əl-Bab hadisəsi | |||
---|---|---|---|
Suriyada vətəndaş müharibəsi | |||
| |||
Tarix | 08:40 UTC, 9 fevral 2017 | ||
Yeri | Əl-Bab, Suriya | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Suriyanın Əl-Bab şəhərində İŞİD döyüşçülərini saxlamaqda şübhəli bilinən bir binaya zərbə endirən Tupolev Tu-22M təyyarəsi Türkiyə ordusunun mövqeyinə bomba atmışdır. Partlayış nəticəsində 3 Türkiyə hərbçisi həlak olmuş, daha 11-i yaralanmışdır. Türkiyə hərbi rəsmiləri zərbəni "təsadüfi" və "dost atəşi" hadisəsi adlandırmışdır.[2][3] Kremlin sözçüsü Dmitri Peskov bildirmişdir ki, pilotlar Türkiyə hərbçiləri tərəfindən onlara verilən "koordinatları rəhbər tutmuş" və "bu koordinatlarda Türkiyə hərbçiləri olmamalı idi". Bu ittiham Türkiyə rəsmiləri tərəfindən rədd edilmişdir.[4]
Türkiyə Baş Qərargahı Rusiyaya məxsus döyüş təyyarəsinin təsadüfən Türkiyə hərbçilərini hədəf aldığını açıqlamışdır. Rusiya hökuməti hadisəni təsdiqlədikdən sonra Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək öz peşmançılıq hissini bildirmişdir.[5]
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 12 fevralda hadisə ilə bağlı açıqlama verərək onu pisləmiş, biabırçılıq kimi qiymətləndirmişdir.[6] Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu "Məsələ o qədər önəmlidir ki, başsağlığı mesajı ilə qaçmaq mümkün deyil" ifadələrindən istifadə etmişdir.[6]