Əli Əkbər Saremi (28 oktyabr 1943, Zəncan – 21 yanvar 2017, Tehran) — əslən İran azərbaycanlılarından olan memar.[1]
Əli Əkbər Saremi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 oktyabr 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 2017 (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
Tehran Universiteti Pensilvaniya Universiteti |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər |
Tehran Məşhəd Kiş Təbriz |
Əsas tikililəri |
Pasteur İnistitut Amfiteatrı (1988) İranın Albaniyadakı səfirliyi (2000) Təbriz Kristal Qüllələri (2001) Məşhəd şəhərində mədəniyyət abidələri və kommersiya binaları (2004) Kişdə ofislər və sərgi kompleksi (2006) |
1943-cü ilin oktyabr ayının 28-də Zəncan şəhərində anadan olmuşdur. 2017-ci ilin yanvar ayının 21-də Tehran şəhərində vəfat etmişdir.
Orta təhsilini Zəncan şəhərində tamamlamışdır. Memarlıq üzrə bakalavr və magistr pillələri üzrə təhsilini Tehran Universitetinin İncəsənət fakültəsində 1968-ci ildə tamamlamışdır. Doktarantura təhsilini isə məşhur memar Luis Kahnın elmi rəhbərliyi altında Pensilvaniya Univeristetində 1976-cı ildə tamamlamışdır.[2]
Saremi müasir şəhər memarlığı sahəsində dünya ən məşhur şəxslərdəndir. Tağı Radmard ilə müsahibəsində istehza ilə demişdi:[3]
Biz qonşuluq məsələsini həll etmək üçün binanı bu cür dizayn etdik (qızlar üçün məktəbə görə). Beləliklə məktəb daha xoşbəxt yer oldu və xoşbəxt yerlər xoşbəxtliyə və görkəmli materiallara ehtiyac duyur. Bəzi rənglər, yüngül kölgələr gizlədilməlidir, uşaqlar üçün məkanlar gizlədilməlidir... Məkanların yalnız müəyyən edilməli deyil. |
1968-cı ildən etibarən Tacir Mühəndislər Konsultasiyasi qurumunun rəhbəri olmuşdur. Fərabi Universitetində (İsfahan İncəsənət Universiteti) 1976-cı ildən 1980-ci ilə qədər dərs demişdir. Həmçinin İslami Azad Universitetində də 1994-cü ildən 1997-ci ilə qədər dərs demişdir.[4]
Sareminin əsas memarlıq layihələri bunlardır: