Əli Qənbərəli oğlu Əlirzayev — (31 mart 1945, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.[1] Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi.
Əli Əlirzayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Əli Qənbərəli oğlu Əlirzayev |
Doğum tarixi | 31 mart 1945 (79 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Əli Qənbərəli oğlu Əlirzayev 1945-ci ildə 31 martda Naxçıvan MR Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. Uşaqlığı, yeniyetməliyi burada keçən Əli müəllim ailədə 9 bacı-qardaş olmuşlar. 1963-cü ildə indiki Texniki Universitetin riyazi maşınlar və mexanizmlər fakültəsinə qəbul olmuşdur. Universitetdə oxuduğu zamanlarda Bünyad Sərdarov adına zavodda bir gün səhər, bir gün axşam olmaqla işləmiş, 1968-ci ildə universiteti bitirmişdir. 1973-cü ildə Moskva Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, 3 övladı var.[2]
İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, Azərbaycan Dövlət İqtisad Universitetində elmi işlər üzrə prorektor, Naxçıvan Dövlət Universitetində kafedra müdiri vəzifələrində işləmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin professoru və sosial sferanın iqtisadiyyatı və idarəedilməsi kafedrasının müdiridir. 1997–2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü[3], İqtisadi siyasət komissiyasının sədr müavini olmuşdur. 500-dən artıq elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiyaların, dərslik və dərs vəsaitinin[4] müəllifidir. 50 aspiranta rəhbərlik edib, 2 elmlər doktoru yetişdirmişdir.[2]
Əli Əlirzayev 2000-ci ildə "Uğur" mükafatına layiq görülmüşdür. 2002-ci ildə ona əməkdar elm xadimi adı verilmişdir. 2016-cı ilin fevralında Avropa nəşr mətbuat evi mükafat komissiyasının qərarı ilə Milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə görə ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalı ilə təltif olunmuşdur.[5]
Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 2020-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub[6]