Abrek Əli Hilivi (Abrek Əlixan ; ləzg. Ярали Хьиливи; 1802, Hil – Qusar) — ləzgi abrek, 1837-ci il Quba üsyanının rəhbəri, Qazi Muhammədin dostu və sağ əli. Ləzgilərin Hil soyunun nümayəndəsi.
Əli Hilivi | |
---|---|
ləzg. Ярали Хьиливи | |
Doğum tarixi | 1802 |
Doğum yeri | |
Vəfat yeri |
Abrek Əli Hilivi 1802-ci ildə Quba əyalətinin Hil kəndində anadan olmuşdur. "Vikeh Hirgal" ləqəbi ilə tanınırdı. Quba üsyanı zamanı o, cəsur hərəkətləri ilə məşhurlaşmışdır: kazakları əsir götürüb və Qubanın mühasirəsi zamanı şəhərə ilk girənlərdən biri olmuşdur[1]. Əli üsyançı qüvvələrin məğlubiyyətinin qaçılmaz olduğunu başa düşəndə həbsdən qaçaraq Quba əyalətinin yuxarı mahallarında, Cənubi Dağıstanda və Şəki vilayətində yerləşdi[1]. Qazıqumuq xanı Mirzə xanın xəyanətinə görə abrek və onun dəstəsi dağlara çəkilməyə məcbur oldu[2].